Müştərilərə satış etmək və məhsullar haqqında məlumat vermək üçün satış bacarığı tələb olunur.
Vakansiya haqqında
Maffin.tech (www.maffin.az ) 15 ildən çox təcrübəsi ilə müəssisələr üçün HRM, ERP, davamiyyətə nəzarət və süni intellekt əsaslı rəqəmsal həllər təqdim edir. Komandamıza telefon satışında aktiv və nəticəyönümlü Satış Məsləhətçisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Potensial korporativ müştərilərlə telefon, WhatsApp, e-mail və digər onlayn kanallar vasitəsilə ilk əlaqəni qurmaq;
- Məhsul və xidmətlərimizi təqdim etmək, görüşlər təyin etmək və satış prosesini idarə etmək;
- Müştərinin ehtiyacını müəyyən edərək uyğun həlli təklif etmək;
- Müştəri məlumatlarını CRM-də qeyd etmək və gündəlik hesabat vermək.
Tələblər
- Satış və ya telesatış sahəsində təcrübə üstünlükdür;
- Güclü ünsiyyət və inandırma bacarığı;
- Azərbaycan dilində səlist danışıq (Rus və ya İngilis dili üstünlükdür);
- Aktiv, məsuliyyətli və satış hədəflərinə fokuslanan olmaq;
- Təcrübəsi olmayan, lakin satış bacarığına güvənən və öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
Biz nə təklif edirik?
- 5 günlük iş qrafiki (Şənbə və Bazar istirahət);
- Fix+(təcrübədən asılı olaraq) + yüksək satış bonusları;
- Rəsmi əmək müqaviləsi;
- ERP, HRM, AI və digər korporativ texnologiya məhsulları üzrə praktiki bilik və təcrübə qazanmaq imkanı;
- Satış, danışıqlar və rəqəmsal həllər üzrə davamlı təlim və peşəkar inkişaf dəstəyi;
- Qısa müddətdə Satış Lideri (Sales Team Lead) vəzifəsinə yüksəlmə imkanı;
- Gələcəkdə şirkət daxilində digər sahələrə keçid və inkişaf imkanı;
- Müasir və rəqəmsallaşmış iş mühiti.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu: "Telesales Satış Məsləhətçisi") göndərin və ya +994 77 220 67 67 nömrəsi ilə WhatsApp vasitəsilə bizimlə əlaqə saxlayın.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış təmsilçisi üzrə bazar adətən 550–900 ₼ ödəyir, median — 650 ₼.
99 açıq vakansiya, 96 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
2014-cü ildən bu günə kimi günümüzün trend və texnologiyalarından istifadə edərək markaların böyüməsi üçün rəqəmsal həllər istehsal edirik.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
İş həftədə 5 gün, şənbə və bazar istirahətdir.
Fix+ (təcrübədən asılı olaraq) və yüksək satış bonusları təklif olunur.
CV göndərilməlidir, mövzu: "Telesales Satış Məsləhətçisi". Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə onlayn kanallar vasitəsilə əlaqə saxlayır və satış prosesini idarə edir.
Müştərilərlə satış yönümlü ünsiyyət qurur və CRM sistemi ilə işləməyi bacarır.
Promo məhsulların satışını həyata keçirir, güclü inandırma və satış bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





