Satış fəaliyyətini həyata keçirir, müştəri bazasını idarə edir və satışda ən az 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
Xaricdə Təhsil üzrə Satış Mütəxəssisi axtarırıq!
Komandamıza xaricdə təhsil sahəsinə marağı olan, güclü kommunikasiya və satış bacarıqlarına sahib Xaricdə Təhsil üzrə Satış Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Xaricdə təhsil almaq istəyən tələbə və valideynlərlə ilkin və davamlı əlaqənin qurulması;
- Tələbə və valideynlərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi;
- Xaricdəki universitetlər, ixtisaslar, qəbul şərtləri və tələbə həyatı haqqında məlumatlı olmaq;
- Tələbələrə onların akademik və şəxsi məqsədlərinə uyğun universitet və proqramlar üzrə düzgün tövsiyələr vermək;
- Tələbə və valideynlərlə peşəkar və düzgün kommunikasiya qurmaq;
- Müştərilərə konsultasiya prosesinin aparılması və satışın həyata keçirilməsi;
- Xaricdə universitet həyatı, yaşayış şəraiti və tələbə imkanları haqqında məlumat verərək uyğun tövsiyələr təqdim etmək;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və müraciət prosesinin koordinasiyası.
Namizədə tələblər:
- Xaricdə təhsil sahəsi haqqında ümumi və ya praktiki biliyə sahib olmaq;
- Xarici universitetlər və təhsil sistemləri haqqında məlumatlı olmaq;
- Güclü kommunikasiya və müştəri ilə ünsiyyət bacarığı;
- Satış və inandırma qabiliyyətinin yüksək olması;
- Valideyn və tələbələrlə düzgün, nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
- Tələbənin ehtiyaclarını analiz edərək uyğun seçimlər təqdim edə bilmək;
- Öyrənməyə və peşəkar inkişaf etməyə yüksək maraq;
- Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək bacarığı.
Qeyd:
Universitet müraciətləri (application), motivasiya məktublarının hazırlanması və digər müraciət prosesləri şirkətimiz tərəfindən həyata keçirilir.
Namizədin əsas vəzifəsi tələbə və valideynlərlə düzgün kommunikasiya qurmaq, onların ehtiyaclarını müəyyənləşdirmək, uyğun universitet və proqramları təqdim etmək və satış prosesini uğurla idarə etməkdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış təmsilçisi üzrə bazar adətən 550–1 000 ₼ ödəyir, median — 700 ₼.
174 açıq vakansiya, 154 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Son müraciət tarixi 4 dekabr 2026-cı ildir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Ağıllı ev və təhlükəsizlik sistemləri üzrə satış həyata keçirir, texniki bilik tələb olunur
Məhsulların satışını artırmaq və yeni müştərilərlə uzunmüddətli əlaqələr qurmaq tələb olunur
Müştərilərlə əlaqə qurur, satış planlarını icra edir və bazar araşdırması aparır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




