Müştərilərlə işləyir, satış təcrübəsi və ünsiyyət bacarığı tələb olunur.
Vakansiya haqqında
Birbankda Yerində xidmət bölməsində Naxçıvan regionu üzrə müştərilərə yerində operativ və keyfiyyətli bank xidmətlərinin göstərilməsini təmin edəcəksən. Rəqəmsal mərkəzlərdə xidmət prosesinin təşkili, bank məhsul və xidmətlərinin operativ rəsmiləşdirilməsi, müştəri ehtiyaclarının yerində analiz edilərək doğru həllərin təqdim olunması və üstün müştəri təcrübəsinin yaşadılması sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
Vəzifə öhdəlikləri
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, rəsmiləşdirilməsi və ya Bankın filiallarına yönləndirilməsi;
- Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.
Tələblər
- Ali təhsil;
- Satış bacarığı;
- Sahiblənmə və məsuliyyət hissi;
- Dəyişən mühitə çevik adaptasiya;
- Davamlı öyrənmə və inkişaf həvəsi;
- Müştəriyönümlü yanaşma.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış təmsilçisi üzrə bazar adətən 550–900 ₼ ödəyir, median — 675 ₼.
87 açıq vakansiya, 88 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Naxçıvan filialındadır.
İş saatları və günləri barədə məlumat verilməyib.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMentorluq, peşəkar inkişaf, yüksək təminatlı sığorta, korporativ endirimlər və əlavə məzuniyyət günləri mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Naxçıvan şəhərində digər açıq elanlar.
Satış nöqtələrini ziyarət edir, məhsulları təqdim edir və satış hədəflərini yerinə yetirir, minimum 1 il təcrübə tələb olunur.
Məhsulun satışını təşkil edir və satış hədəflərini yerinə yetirmək üçün bacarıqlara malikdir.
Məhsulların satışını həyata keçirir, müştəri ehtiyaclarını analiz edir və satışda minimum 2 il təcrübəsi var.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





