B2B satış mütəxəssisi satış planları hazırlayır və müştəri əlaqələrini idarə edir.
Vakansiya haqqında
Hazırcavab bizneslərin Instagram, Facebook və WhatsApp üzərindən daxil olan müraciətləri avtomatlaşdırmasına, satış prosesini sistemləşdirməsinə və potensial müştəri itkisinin qarşısını almasına kömək edən platformadır.
Komandamıza sadəcə məhsul təqdim edən deyil, şirkətin ehtiyacını düzgün anlayaraq uyğun həll təklif edə bilən satış mütəxəssisi axtarırıq.
Əsas vəzifələr:
- Potensial korporativ müştərilərin müəyyən edilməsi və əlaqələrin qurulması
- Görüşlərin və məhsul demolarının keçirilməsi
- Müştərinin satış və kommunikasiya proseslərinin təhlili
- Kommersiya təkliflərinin hazırlanması və satışın bağlanması
- Satış boru xəttinin və müştəri məlumatlarının sistemli idarə edilməsi
- Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi
Namizədə tələblər:
- B2B satış sahəsində minimum 6 ay təcrübə
- Aktiv müştəri axtarışı və satış bağlama bacarığı
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq qabiliyyəti
- Nəticə və satış hədəfləri ilə işləmək bacarığı
- CRM, SaaS, chatbot, rəqəmsal marketinq və ya texnologiya xidmətlərinin satış təcrübəsi üstünlükdür
- Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür
Bu rol təşəbbüskar, çevik, yeni əlaqələr qurmağı sevən və satış prosesini ilk kontaktdan müqaviləyə qədər idarə edə bilən namizədlər üçün uyğundur.
Əgər bu posta qəbul dayanarsa Siz DM yaza bilərsiniz.
Şirkət haqqında
Biznesinizin satışlarını və müştəri sayınınızı HazirCavab ilə artırın! 🤖 | HazirCavab — müştəriləriniz ilə kommunikasiyanı təkminləşdirən, müasir alətlər ilə marketinq və satışlarınızı yeni səviyyəyə gətirən servisdir — Facebook…
HazirCavab — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti sektorunda korporativ satış aparır və tenderlərlə işləmək bacarığı tələb olunur
Korporativ müştərilərlə uzunmüddətli əlaqələr qurur və satış planlarını icra edir.
Korporativ müştərilərlə B2B satış aparır və satış pipeline-ını idarə edir, minimum 1 il təcrübə tələb olunur




