Elektronika satışı etmək və müştərilərlə effektiv ünsiyyət qurmaq.
Vakansiya haqqında
Vəzifələr və məsuliyyətlər
- Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.
- Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək
- Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.
- Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.
- Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.
- Müştəri şikayət və sorğularını cavablandırmaq.
- Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.
- Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.
Tələb edilən bacarıqlar və təhsil
- Orta ixtisas təhsilli.
- Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.
- Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.
- Azərbaycan və rus dilləri sərbəst, ingilis dilini bilmək üstünlükdür.
- 1C proqramında işləmə bacarığı.
- Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
- Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.
- Problemləri həll etmə və qərarvermə bacarığı.
- Komanda ilə işləmə və təşəbbüskarlıq.
İş saatları və əmək şərtləri
- Əmək haqqı: 600 AZN (+ bonus)
- İş qrafiki: Növbəli iş qrafiki.
- İş yeri: Babək prospekti və Süleyman Vəzirov küçəsi kəsişməsi, Ağ Şəhər, City Park Mall.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi (City Park Mall)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Şirkət haqqında
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti yüksək, qiymətləri isə münasibdir.
My Group Holding MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Mağazada elektronik malların satışını və effektiv müştəri yönləndirməsini təmin etmək.
Mikro kredit komandasını idarə edir, biznes müştəriləri cəlb edir və kredit portfelini nəzarətdə saxlayır.
Rəqəmsal bankçılıq əməliyyatlarını yoxlamaq və müştəri sorğularına cavab vermək.

