Elektronika mağazasında satış prosesini idarə etmək və müştəri münasibətlərini qurmaq tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Abşeron Ticarət Mərkəzi (T/M)
- Əməkhaqqı: 600–800 AZN + KPI bonusu
- İş qrafiki: 6 günlük iş həftəsi
Biz kimik?
- “Sahara Electronics” MMC 2013-cü ildən etibarən elektronika və məişət texnikası sektorunda fəaliyyət göstərən, pərakəndə və topdan satış istiqamətləri üzrə geniş şəbəkəyə malik şirkətdir.
- Fəaliyyət istiqamətlərimizə pərakəndə və topdan satış, distribütorluq, korporativ əməkdaşlıq və satışsonrası servis xidmətləri daxildir.
- Bizim üçün uğur yalnız satış nəticələri deyil, həm də peşəkar komanda, müştəri məmnuniyyəti və davamlı inkişaf deməkdir. İnnovasiyalara, keyfiyyətə və əməkdaşlığa verdiyimiz önəmlə fəaliyyətimizi daim inkişaf etdirir, komandamıza qoşulan hər bir əməkdaşın ümumi uğurumuza töhfəsini dəyərləndiririk.
Sahara Electronics komandamıza elektronika və məişət texnikası sahəsində təcrübəsi olan, müştərilərlə ünsiyyət qurmağı bacaran, satış yönümlü Satış məsləhətçiləri axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştərilərin qarşılanması və ehtiyaclarının müəyyən edilməsi;
- Elektronika və məişət texnikası məhsulları haqqında müştərilərə ətraflı məlumat verilməsi;
- Məhsulların texniki xüsusiyyətlərinin, funksiyalarının və üstünlüklərinin izah edilməsi;
- Müştərinin ehtiyacına və büdcəsinə uyğun məhsul seçimində köməklik göstərilməsi;
- Alternativ məhsulların və əlavə satış imkanlarının təqdim edilməsi;
- Fərdi və komanda satış hədəflərinin yerinə yetirilməsi;
- Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsi və qiymət etiketlərinə nəzarət;
- Məhsul qalıqları və stok vəziyyəti ilə bağlı məsul şəxslərin məlumatlandırılması;
- Müştəri məmnuniyyətinin və yüksək xidmət standartlarının qorunması;
- Mağazanın daxili qaydalarına və satış prosedurlarına riayət edilməsi.
Namizədə dair tələblər:
- Elektronika və məişət texnikası sahəsində minimum 1 il satış təcrübəsi;
- Elektronika mağazalarında satıcı və ya satış məsləhətçisi kimi iş təcrübəsi;
- Televizor, soyuducu, paltaryuyan, kondisioner, telefon, kiçik məişət texnikası və digər məhsul kateqoriyaları üzrə biliklər;
- Məhsulların texniki göstəricilərini öyrənmək və müştəriyə düzgün təqdim etmək bacarığı;
- Aktiv satış, etirazlarla işləmək və müştərini düzgün yönləndirmək bacarığı;
- Ünsiyyətqurma və inandırma qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti və əməkhaqqı:
- Əməkhaqqı: 600–800 AZN + KPI bonus;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş saatları: 09:00–18:00;
- Rəsmi əmək müqaviləsi.
Sahara Electronics-də sizi nə gözləyir?
- Peşəkar və dinamik komanda;
- Elektronika sahəsində bilik və təcrübənin inkişafı;
- Satış nəticələrinə uyğun əlavə bonus sistemi;
- Karyera yüksəlişi imkanları;
- Korporativ və inkişafyönümlü iş mühiti.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış üzrə mütəxəssis üzrə bazar adətən 600–1 100 ₼ ödəyir, median — 800 ₼.
81 açıq vakansiya, 297 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Sahara Electronics MMC - Azərbaycanda məişət texnikası, müxtəlif elektronika məhsulları və iqlim avadanlıqlarının satışı, distribusiyası və korporativ təchizatı sahəsində fəaliyyət göstərən şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Abşeron Ticarət Mərkəzindədir.
İş qrafiki həftədə 6 gün, saat 09:00–18:00 arasıdır.
Əməkhaqqı 600–800 ₼ arasıdır və KPI bonusu mövcuddur.
Bəli, rəsmi əmək müqaviləsi təklif olunur.
CV-ni mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə elektron poçt vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə ünsiyyət qurur, satışları idarə edir və yeni müştərilər cəlb edir, minimum 1 il təcrübə tələb olunur
Müştərilərlə işləyib məhsulların satışını həyata keçirmək üçün minimum 1 il təcrübə tələb olunur
Müştərilərlə işləyir, məhsulları təqdim edir və satış hədəflərinə çatır, satış təcrübəsi tələb olunur.




