Telefonla məhsul və xidmətlərin satışını həyata keçirir, yüksək kommunikasiya bacarığı tələb olunur.
Vakansiya haqqında
Təhsil proqramları üzrə satış mütəxəssisi
Intellect & Business - IB Club 2010-cu il 6 mart tarixində yaranmışdır. 16 il ərzində bir çox vacib layihələrə imza atmışdır. "Öyrən, Əylən, Yaşa" devizi altında "IB Club" İnkişaf və Karyera Mərkəzi, "IB Academy" və bir neçə təhsil şirkətlərini idarə edir.
- Şirkətin məhsullarının satış prosesinin icrası;
- Müştəri ilə müqavilələrin hazırlanması;
- Daxil olan müraciətlərin (telefon və sosial media) sistemlərə yazılması;
- Zənglərin cavablandırılması və gündəlik bazadan yeni zənglərin edilməsi;
- Sınaq dərslərin təşkili və statistikasının izlənməsi;
- Köhnə müştərilərin yeni müştəriyə yenidən çevrilməsi üçün çalışmaq;
- Sosial media hesablarından yeni müraciətlərin (comment, dm) cavablandırılması və satışa çevrilməsi;
- Aylıq hədəfə çatmaq;
- Sistemlərə gündəlik müraciətlərin daxil edilməsi;
- Aylıq hesabat və satış planını qurulması.
Gözləntilərimiz:
- Punktuallıq;
- Ünsiyyətcil;
- Hədəf yönümlülük;
- Gəncliyin tələblərini başa düşüb işləyə bilən;
- Analitik bacarıq;
- Təkbaşına kritik vəziyəti idarə edib, sərbəst qərar verə bilmə bacarığı;
- Nəticəyönümlülük və nəticədən gəlir qazanma motivasiyası;
- Təhsildə satış üzrə təcrübə, Azərbaycan və rus dilini bilən namizədlərə üstünlük veriləcək.
- Yaş limiti 22 - 30
- İş saatları 10:00 - 19:00
- Maaş fiks 400 - 600 AZN (təcrübəyə görə) + satış bonusları
Zəhmət olmasa, müraciətlərinizi info@ibclub.az ünvanına maaş gözləntinizi qeyd edərək göndərin.
Müsabiqədə uğurlar!
Şirkət haqqında
IB (Intellect & Business) | "Intellect & Business" Club 2010-cu il 6 mart tarixində yaranmışdır. 16 il ərzində bir çox vacib layihələrə imza atmışdır. "Öyrən, Əylən, Yaşa" devizi altında təhsil mərkəzi kimi fəaliyyət göstərir.
IB Education Center — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Xəzinə əməliyyatlarını aparır, sənədləri yoxlayır və analitik bacarıqlara malikdir.
Avtomobil servisinin gündəlik fəaliyyətini idarə edir və komanda rəhbərliyi bacarığı tələb edir
Sosial media hesablarını idarə edir, müştəri mesajlarına cavab verir və hesabatlar hazırlayır, ən azı 1 il təcrübə tələb olunur.



