Vakansiya haqqında

Rezneed satış komandasını genişləndirir

Rezneed Azərbaycanda yaradılmış onlayn rezervasiya və biznes idarəetmə proqramıdır. Gözəllik salonları, bərbərxanalar, estetik və stomatoloji klinikalar, SPA və studiyalar rezervasiya, müştəri bazası, WhatsApp xatırlatmaları, kassa, anbar və hesabatları bir proqramda aparır. Bu gün 790-dan çox filial Rezneed-dən istifadə edir, sistemdə 240 000-dən çox rezervasiya idarə olunub. Bütün bunları 10 nəfərlik peşəkar komanda qurur və idarə edir.

Biz biznes sahibləri ilə danışmağı sevən, öyrənməyə hazır satış mütəxəssisi axtarırıq. Təcrübəniz azdırsa narahat olmayın: işin bütün incəliklərini peşəkar satış mütəxəssisi sizə yüksək səviyyədə öyrədəcək.

Vəzifələr:

  • Salon, klinika və studiyalara mütəmadi olaraq yerində görüşə getmək, Rezneed-i canlı təqdim etmək

  • Biznes sahibləri ilə telefon və WhatsApp vasitəsilə əlaqə qurmaq

  • Saytdan və sosial şəbəkələrdən gələn müraciətləri cavablandırmaq

  • Rusdilli və xarici müştərilərlə əlaqə saxlamaq

  • 45 günlük pulsuz sınaq müddətində müştəriləri izləmək və ödənişli plana keçidə kömək etmək

  • Müştəri bazasını və satış mərhələlərini CRM-də səliqəli aparmaq

  • Müştərilərdən gələn rəy və təklifləri məhsul komandasına çatdırmaq

Tələblər:

  • Ərazidə işləməyə hazır olmaq: şəhər üzrə müştərilərlə daimi görüşlərə gedə bilmək

  • Rus dilini yaxşı bilmək (xarici müştərilərlə əlaqə üçün vacibdir)

  • Azərbaycan dilində sərbəst və səliqəli ünsiyyət

  • İnsanlarla danışmaqdan çəkinməmək, “yox” cavabından ruhdan düşməmək

  • Kompüter və smartfondan rahat istifadə

  • Məsuliyyət, dəqiqlik və nəticəyə yönəlmək

  • Satış təcrübəsi üstünlükdür, amma şərt deyil

Təklif edirik:

  • Aylıq maaş 450–700 AZN

  • Performansa görə əmək haqqının sürətli artımı

  • Bütün yol və yemək xərcləri şirkət tərəfindən ödənilir

  • Peşəkar satış mütəxəssisi tərəfindən yüksək səviyyəli təlimlər

  • 10 nəfərlik peşəkar və dəstəkləyən komanda

  • Sürətlə böyüyən yerli texnologiya şirkətində karyera qurmaq imkanı

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
450–700 ₼
Yerləşdirilib
6 noyabr 2026
Dillər
Russian, Azerbaijani
Son tarix
6 dekabr 2026
Baxış
149

Maaş bazarla müqayisədə

Texniki satış mütəxəssisi üzrə bazar adətən 750–1 300 ₼ ödəyir, median — 1 000 ₼.

bu vakansiya · 450–700 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

43 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki satış mütəxəssisi kimi öz maaşını yoxla

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Əmək haqqı 450–700 ₼ aralığındadır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Müraciət etmək üçün sayt vasitəsilə yönləndirmə olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Risan Group
MütəxəssisBakı
800–1 200₼

Xarici bazarlarda satış və bazar araşdırması aparmaq, güclü ünsiyyət bacarığı tələb olunur

Market ResearchCustomer Relationship ManagementPresentation SkillsData Analysis+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
H.S. Solutions
Mütəxəssis · 2+ ilBakı
1 200–1 500₼

Korporativ müştərilərlə əlaqə qurur, soyuq B2B zənglər və satış təcrübəsi tələb olunur

B2B SalesCold CallingCustomer Relationship ManagementNegotiation+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
TVİM
Mütəxəssis · 1–2 ilBakı
Maaş göstərilməyib

Tikinti materiallarının B2B satışını idarə etmək və müştəri əlaqələrini qurmaq tələb olunur

B2B SalesSales StrategyPresentation SkillsNegotiation+5
Müraciət et
Bütün oxşar vakansiyalar
450–700 ₼
B2B satış üzrə mütəxəssis
Müraciət et