Vakansiya haqqında

"TVİM" MMC tikinti və inşaat materiallarının satışı sahəsində fəaliyyət göstərən, geniş məhsul portfelinə malik şirkətdir. Biz komandamıza dinamik, nəticəyönümlü və satış sahəsində karyera qurmaq istəyən peşəkarlar axtarırıq.

Əsas Vəzifə Öhdəlikləri:

  • B2B Satış Strategiyası: Tikinti materiallarının satışı üçün potensial müştərilərlə (B2B) ilkin əlaqə qurmaq, görüşlər təyin etmək və satış imkanlarını araşdırmaq.
  • Müştəri Bazası ilə İş: Mövcud müştəri bazasından istifadə etməklə yanaşı, yeni potensial müştəriləri (lead) araşdırmaq və tapmaq.
  • Görüşlər və Təqdimatlar: Potensial müştərilərlə görüşlər təyin etmək, şirkət məhsullarının peşəkar təqdimatını keçirmək və maraq yaratmaq.
  • Sistemlərin İdarə Olunması: Gündəlik fəaliyyətləri, müştəri məlumatlarını və satış prosesini CRM və Bitrix24 1C proqramlarında dəqiq şəkildə qeyd etmək gündəlik uçot.
  • Qiymət təklifi, danışıqlar və müqavilənin bağlanması
  • Aylıq və illik plan; hesabat dövriyyə, müqavilə sayı və yığım üzrə
  • Sərgilərdə şirkəti təmsil etmək .
  • Hədəf və Hesabatlılıq: Müəyyən olunmuş aylıq satış hədəflərinə çatmaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
  • Sənədləşmə: Satış müqavilələrinin bağlanması və satışla bağlı digər rəsmi sənədləşmə işlərini icra etmək.

Namizədə dair Tələblər:

  • Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi və ya Marketinq arzuolunandır).
  • Təcrübe: Korporativ satış (B2B) sahəsində minimum 1-2 il təcrübə (Tikinti, sənaye və ya material satışı sahəsi üstünlükdür).
  • Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (üstünlükdür).
  • Yumşaq Bacarıqlar (Soft Skills): Aktiv satış , yüksək ünsiyyət və təqdimat bacarığı, inandırma qabiliyyəti və komandada işləmək həvəsi.
  • Texniki Bacarıqlar: MS Office (xüsusilə Excel), CRM və 1C proqramları ilə işləmək bacarığı.
  • Üstünlük: Tikinti materialları, mühəndislik və ya texniki məhsullar üzrə layihə əsaslı satış təcrübəsi olanlara üstünlük veriləcək.

İş Şəraiti və Üstünlüklər:

  • İş Qrafiki: Bazar ertəsi - Şənbə,
    Şənbə: Qısaldılmış iş günü
  • Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarığına uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə təyin olunacaq.AR Əmək Məcəlləsinə uyğun təmin edilir.
  • Bonus Sistemi: Sabit maaşdan əlavə, satış hədəflərinin icrası və yığımlara əsaslanan aydın KPI-lar vasitəsilə bonuslar ödəniləcək.
  • Nəqliyyat: Biznes məqsədləri (müştəri görüşləri) üçün nəqliyyat təmin edilir.

Sınaq Müddəti: 3 ay.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Badamdar şosesi 111/3
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 noyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
6 dekabr 2026
Baxış
170

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 750–1 300 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

43 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki satış mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

TVİM
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Bakı
TVİM — bütün vakansiyalar

TVİM Azərbaycanda tikinti materialları satışı şirkətidir və 2023-cü ildə fəaliyyətə başlayıb. Bizim unikal biznes modelimiz müştərilərə problemsiz və rahat alış-veriş təcrübəsi təqdim etmək üçün onlayn platforma və fiziki satış mərkəzini…

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Bazar ertəsindən şənbəyədək, şənbə günü qısaldılmış iş günü.

Müsahibə əsasında, namizədin bilik və bacarığına uyğun qarşılıqlı razılaşma yolu ilə təyin olunur.

Bəli, satış hədəflərinin icrası və yığımlara əsaslanan aydın KPI-lar vasitəsilə bonuslar ödənilir.

3 ay sınaq müddəti tətbiq olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

H.S. Solutions
Mütəxəssis · 2+ ilBakı
1 200–1 500₼

Korporativ müştərilərlə əlaqə qurur, soyuq B2B zənglər və satış təcrübəsi tələb olunur

B2B SalesCold CallingCustomer Relationship ManagementNegotiation+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Risan Group
MütəxəssisBakı
800–1 200₼

Xarici bazarlarda satış və bazar araşdırması aparmaq, güclü ünsiyyət bacarığı tələb olunur

Market ResearchCustomer Relationship ManagementPresentation SkillsData Analysis+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
B2B satış üzrə mütəxəssis
Müraciət et