Vakansiya haqqında

Hazırda şirkətimizi biznes mühitində layiqincə təmsil edəcək və məhsullarımızın təşviqində iştirak edəcək aktiv Brend Təmsilçisi axtarırıq.

Sizin rolunuz: Bu vəzifədə siz həm B2B sektorunda (premium butiklər, restoranlar, tibb və gözəllik mərkəzləri) yeni korporativ müştərilərin cəlb olunmasına cavabdeh olacaq, həm də şirkətimizin daxili rəqəmsal məhsullarının hədəf kütləsinə tanıdılmasını həyata keçirəcəksiniz.

Öhdəlikləriniz:

  • Potensial biznes sahibləri və idarəedicilərlə görüşərək Trywex Tech-in rəqəmsal xidmətlərini peşəkar şəkildə təqdim etmək.
  • Şirkətimizin öz istehsalı olan daxili məhsulların və tətbiqlərin PR-ı və hədəf kütlə arasında təşviqi istiqamətində fəaliyyət göstərmək.
  • Müştərinin ehtiyaclarını analiz edərək maraq yaratmaq və sonrakı texniki proseslər üçün komandamıza yönləndirmək.
  • Öz iş qrafikini və görüş marşrutlarını sərbəst, lakin effektiv şəkildə planlaşdırmaq.

Namizədə tələblər:

  • Yüksək səviyyədə təqdimat və kommunikasiya bacarığı.
  • Azərbaycan dilində sərbəst və səlis danışıq qabiliyyəti (Rus dili biliyi əlavə üstünlükdür);
  • IT sahəsində dərin biliklər tələb olunmur (xidmətlərimiz və daxili məhsullarımız haqqında tam təlim Trywex Tech tərəfindən keçiriləcək).
  • Dinamik iş mühitini, yeni insanlarla tanış olmağı və networking qurmağı sevən.
  • Xüsusi qeyd: Hədəf auditoriyamızın xüsusiyyətlərinə uyğun olaraq bu vakansiya üzrə xanım namizədlərə üstünlük verilir, lakin insanlarla rahat əlaqə qura bilən həvəsli namizədlər də dəyərləndiriləcək.

Biz nə təklif edirik?

  • Sərbəstlik: Öz zamanınızı idarə etmək imkanı. Sərbəst iş qrafiki ilə hədəfyönümlü çalışma.
  • Şəffaf gəlir: Nəticəyə əsaslanan yüksək maliyyə motivasiyası (hər uğurlu B2B layihəsindən və məhsul təşviqindən cəlbedici bonus/ faiz).
  • Komanda dəstəyi: Bütün texniki sualların cavablandırılması, xidmətlərimiz və daxili məhsullarımız haqqında təlim biz tərəfdən keçiriləcək
  • Karyera inkişafı: Müasir IT və startap ekosisteminin bir parçası olmaq, şəhərin qabaqcıl biznes sahibləri ilə dəyərli əlaqələr qurmaq fürsəti.

Dinamik mühitdə çalışmağı sevirsinizsə və peşəkar IT şirkətinin siması olmaq istəyirsinizsə, müraciətlərinizi gözləyirik.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
11 oktyabr 2026

Şirkət haqqında

Trywex Tech
IT System Custom Software Development · 11-50 · Bakı
Trywex Tech — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

APEX Business School
Middle · 1–2 ilBakı
Maaş göstərilməyib

Təhsil proqramlarının satışını həyata keçirir və minimum 1-2 il satış təcrübəsi tələb olunur.

Objection HandlingPresentationSales TechniquesPersuasion+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
B2B satış və brend təmsilçisi
Müraciət et