Təhsil proqramlarının satışını həyata keçirir və minimum 1-2 il satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Apex Business School peşəkar komandasına təhsil proqramlarının satışı üzrə təcrübəli, enerjili və nəticəyönümlü Satış Meneceri axtarır!
Əsas vəzifə öhdəlikləri:- Mərkəzə daxil olan müraciətləri (zənglər, sosial media, veb-sayt) vaxtında və peşəkar şəkildə cavablandırmaq;
- Potensial tələbələrə təhsil proqramları, kurslar və xidmətlər barədə ətraflı məlumat təqdim etmək;
- Müştəri ehtiyaclarını düzgün təhlil edərək uyğun təhsil proqramlarını təklif etmək və satışı uğurla yekunlaşdırmaq;
- Müştəri bazasını idarə etmək və CRM sistemində məlumatları mütəmadi yeniləmək;
- Aylıq və rüblük fərdi satış hədəflərini vaxtında və effektiv yerinə yetirmək;
- Mövcud və potensial tələbələrlə uzunmüddətli, etibarlı əlaqələr formalaşdırmaq.
- ❗ MÜTLƏQ TƏLƏB: Təhsil sahəsində (tədris mərkəzləri, kurslar və ya biznes məktəblərində) satış üzrə minimum 1–2 il real iş təcrübəsi;
- Ali təhsil;
- Azərbaycan dilində səlis, aydın və peşəkar danışıq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri əlavə üstünlükdür);
- Satış texnikaları, etirazların aradan qaldırılması və inandırma bacarıqları;
- CRM və MS Office proqramları ilə sərbəst işləmək təcrübəsi;
- Yüksək ünsiyyətqurma, təqdimat və nəticəyönümlülük bacarığı.
- Dinamik, peşəkar və inkişaf yönümlü komanda mühiti;
- Rəqabətədavamlı əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus/KPI sistemi;
- Peşəkar və karyera yüksəlişi imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsinə "Təhsil Sahəsində Satış Meneceri" yazaraq cv@apex.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
Sizin Biznes Təlimçiniz! Microsoft Partner | Authorised Preparation Center of Cambridge University | Expressbank Partner | APEX Business School biznes sahəsində təhsil xidmətləri göstərən bir təşkilatdır.
APEX Business School — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Məhsulların satışını həyata keçirir, müştəri ehtiyaclarını analiz etmək bacarığı tələb olunur.
Məhsulların satışını həyata keçirir, müştəri ehtiyaclarını analiz etmək bacarığı tələb olunur.
Texniki xidmətlərin satışını həyata keçirir, güclü ünsiyyət və satış təcrübəsi tələb olunur.



