Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb etmək bacarığı tələb olunur.
Vakansiya haqqında
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (Qida mühəndisliyi ixtisası üzrə təhsil üstünlükdür);
- Şirniyyat, qənnadı, unlu məmulatlar və ya digər qida məhsullarının hazırlanması/istehsalı sahəsində praktiki iş təcrübəsi;
- Qida xammallarının keyfiyyət göstəriciləri, laboratoriya analizləri, məhsul spesifikasiyaları və qida təhlükəsizliyi tələbləri barədə anlayış;
- B2B satış, texniki satış və ya müştərilərlə iş sahəsində təcrübə;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq, həmçinin texniki məlumatları müştəriyə aydın və düzgün şəkildə çatdırmaq bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsi və ezamiyyətlərə hazır olmaq;
- İngilis və rus dili bilikləri üstünlükdür.
Vəzifə və öhdəliklər
- Qida xammallarının şirniyyat, qənnadı və unlu məmulatlar istehsal edən müəssisələrə təqdimatını və satışını həyata keçirmək;
- Mövcud və potensial müştərilərin istehsal sahələrinə mütəmadi səfərlər edərək onların xammal ehtiyaclarını və istehsal proseslərini öyrənmək;
- Xammalların texniki xüsusiyyətləri, keyfiyyət göstəriciləri və tətbiq sahələri barədə müştərilərə ətraflı məlumat vermək;
- Xammalların məhsul hazırlanması prosesində istifadə qaydaları, tətbiq xüsusiyyətləri və texnoloji tələbləri üzrə texniki məsləhət vermək;
- Mövcud müştərilərlə davamlı əlaqələri, satış sonrası texniki dəstəyi və müştəri məmnuniyyətinin izlənilməsini təmin etmək;
- Yeni xammalların demo nümayişlərini həyata keçirmək və istehsalçılar tərəfindən sınaqdan keçirilməsinə və istifadəsinə dəstək göstərmək;
- Sektorda xammallara olan tələbatı və bazardakı dəyişiklikləri araşdırmaq, istehsalçıların tələblərinə uyğun xammal ehtiyaclarını aidiyyəti şöbəyə təqdim etmək və prosesə dəstək göstərmək;
- Yeni təqdim olunan xammalların satış dinamikasını izləmək, müvafiq statistik məlumatları hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək;
- Cavabdeh olduğu kateqoriyalar üzrə rəqabət mühitini yaxından izləmək, rəqiblərin fəaliyyəti ilə bağlı əldə olunan məlumatları təhlil etmək və zəruri tədbirlərin müəyyənləşdirilməsi üçün aidiyyəti şöbələrlə əməkdaşlıq etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 950–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
56 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki satış mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı, Bakı İqtisadi Zonasıdır.
Qida mühəndisliyi ixtisası üzrə ali təhsil üstünlükdür.
İngilis və rus dili bilikləri üstünlükdür.
B kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
Qida xammalları, laboratoriya analizləri, satış və texniki dəstək sahəsində təcrübə olmalıdır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
B2B sektorunda yeni müştərilərin cəlb olunması və məhsulların təqdimatı üzrə fəaliyyət göstərir.
Müştəri portfelini idarə edir, inkişaf etdirir və B2B satış bacarıqları tələb olunur.
Ödəniş terminallarının satışını və partnyorlarla əməkdaşlığı idarə etmək üçün satış bacarığı tələb olunur.




