Vakansiya haqqında

Aptek satış nümayəndəsi (Bakı) / Aptek satış nümayəndəsi (Sumqayıt- Abşeron ray.)

2015-ci ildə təsis edilmiş Bioherbal Baku şirkəti, sağlamlıq və gözəllik sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur. 10 ildən çox təcrübəmizlə biz, dünyanın aparıcı istehsalçılarının yüksək keyfiyyətli vitaminləri, qida əlavələri, tibbi və kosmetoloji vasitələrini ölkəmizə gətirərək yerli bazarda etibarlı təchizat zənciri formalaşdırmışıq.

Biz sadəcə idxal və məhsulların paylanması ilə kifayətlənmirik, eyni zamanda təmsil etdiyimiz beynəlxalq brendlərin ORZAX, MOSSİ, IYON, SHINIQ, DAY2DAY və digər qlobal markaların Azərbaycanda tam hüquqlu rəsmiləşdirilməsi, strateji marketinqi və PR işlərinin təşkilində dərin təcrübəyə malikik. Azərbaycanda kateqoriya inkişafında mühüm rol oynayan brend olaraq ölkənin böyük aptek şəbəkələri və qabaqcıl xəstəxanaları ilə sıx əməkdaşlığımız sayəsində məhsulların hər bir istehlakçıya vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin edirik.

BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Aptek Satış Nümayəndəsi axtarırıq.

Vəzifənin məqsədi

  • Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.

İş öhdəlikləri

  • Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
  • Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
  • Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
  • Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
  • Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
  • Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
  • Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
  • Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək

Namizədə tələblər

  • Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.
  • Minimum 2 il OTC sahəsində təcrübə

Digər tələblər:

  • Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı
  • Səyyar iş rejiminə uyğunluq
  • Satış sahəsində yüksək, peşəkar bacarıq
  • Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
  • Yaş aralığı: 25 - 40

İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)

Təklif etdiklərimiz

  • 700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
  • Premya sistemi
  • Qidalanma kartı
  • Yol xərci , avtomobil varsa yanacaq kartı
  • Davamlı təlim və inkişaf imkanları
  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Mövzü hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–1 100 ₼
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
English, Russian
Son tarix
8 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Aptek məhsullarının satışını və rəf üzərində düzgün təqdimatını təmin edir, satış bacarıqları tələb olunur.

Order ManagementCustomer Relationship ManagementSalesInventory Monitoring+3
Müraciət et
Maaş göstərilməyib

Məhsul və xidmətlərin satışını aparır, müştəri ziyarətləri edir və ödənişləri toplayır.

Customer Relationship ManagementInventory ManagementReportingSales+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
700–1 100 ₼
Aptek satış nümayəndəsi
Müraciət et