Tələbələrə xaricdə təhsil üzrə konsultasiya verir və müraciət prosesini idarə edir.
Vakansiya haqqında
İş barədə məlumat:
- Xaricdə təhsil almaq istəyən tələbələrə və valideynlərə ölkələr, universitetlər, proqramlar və təqaüd imkanları barədə ətraflı məsləhət (konsultasiya) vermək;
- Tələbələrin akademik göstəricilərinə və büdcələrinə uyğun olaraq düzgün universitet və ixtisas seçiminə köməklik göstərmək;
- Universitetlərə qəbul (Application) prosesini idarə etmək, lazımi sənədlərin (CV, motivasiya məktubu, tövsiyə məktubu və s.) hazırlanmasına dəstək olmaq;
- Viza müraciəti prosesində tələbələrə bələdçilik etmək və sənədlərin toplanmasına nəzarət etmək;
- Şirkətin tərəfdaş xarici universitetləri ilə rəsmi yazışmaları və kommunikasiyanı həyata keçirmək;
- Potensial müştərilərin məlumat bazasını saxlamaq və mütəmadi olaraq izləmək (Follow-up).
Namizədə dair tələblər:
-
- Təhsil: Ali təhsil (Xaricdə təhsil almış namizədlərə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək, İngilis dili (ən azı B2 səviyyəsində);
- Çin və ya Ərəb dili bilikləri olan namizədlərə xüsusi üstünlük veriləcəkdir;
- Təcrübə: Xaricdə təhsil sahəsində minimum 3 il iş təcrübəsi;
- Avropa, Amerika, Böyük Britaniya,Çin və Türkiyə təhsil sistemləri və viza prosedurları barədə məlumatlı olmaq;
- Ünsiyyətcil, punktual, müştəriyönümlü və yüksək təqdimat bacarıqlarına malik olmaq;
- Stressə davamlılıq və komandada işləmək bacarığı.
Biz nə təklif edirik?
- Rəsmi əmək müqaviləsi (AR Əmək Məcəlləsinə uyğun olaraq);
- Performansa bağlı olaraq artan cəlbedici bonus sistemi;
- Peşəkar və mehriban kollektivdə karyera yüksəlişi imkanı;
- Xarici universitetlərin təşkil etdiyi treninqlərdə və info-turlarda iştirak şansı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Beynəlxalq təhsil üzrə mütəxəssis üzrə bazar adətən 1 000–1 100 ₼ ödəyir, median — 1 000 ₼.
11 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Beynəlxalq təhsil üzrə mütəxəssis kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Xaricdə təhsil sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Azərbaycan və Rus dillərini sərbəst bilmək, İngilis dili ən azı B2 səviyyəsində tələb olunur. Çin və ya Ərəb dili bilikləri üstünlükdür.
CV, motivasiya məktubu, tövsiyə məktubu və digər sənədlərin hazırlanmasına dəstək olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBeynəlxalq təhsil üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Tələbələrə xaricdə təhsil seçimindən qəbul və yerləşmə prosesinə dəstək verir, minimum 2 il təcrübə tələb olunur.
Tələbələrə xaricdə təhsil üzrə konsultasiya və universitet seçimi üçün dəstək göstərir, ən azı 2 il təcrübə tələb olunur.
Tələbələrlə işləyir və xaricdə təhsil üzrə məsləhət verir, minimum 1 il təcrübə tələb olunur.



