Vakansiya haqqında

“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “Təlim və İnkişaf meneceri” vakansiyası üzrə əməkdaşları müsabiqəyə dəvət edir. Əgər bu sahədə təcrübəniz varsa, sizi komandamızda görmək istərdik.

Vəzifə Öhdəlikləri

Təlim Proqramlarının Hazırlanması və İdarə Edilməsi

  • Kredit Departamentinin ehtiyaclarına uyğun olaraq kredit mütəxəssislərinin hazırlanması üzrə təlim proqramlarının hazırlanması və tətbiqi
  • Kredit və lizinq məhsullarının marketinqi, satışı, monitorinqi və kredit portfellərinin idarə edilməsi üzrə tədris materiallarının hazırlanması
  • Yeni işçilərin adaptasiyası üçün onboarding proqramlarının yaradılması və idarə edilməsi
  • Strukturlaşdırılmış və daim yenilənən məlumat bazasının (knowledge base) yaradılması və idarə edilməsi

Soft və Hard Skills Təlimlərinin Keçirilməsi

Soft skills (yumşaq bacarıqlar) təlimləri:

  • Ünsiyyət və dinləmə bacarıqları
  • Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyəti
  • Stres və münaqişə idarəetməsi
  • Kritik düşüncə və problem həll etmə bacarıqları
  • Komanda işi və liderlik bacarıqları

Hard skills (texniki bacarıqlar) təlimləri:

  • Şirkətin sistem və proqramları üzrə texniki təlimlər
  • Şirkətin daxili məhsul və prosesləri üzrə təlimlər
  • Yeni sistem və funksionallıqlar üzrə adaptasiya təlimlərinin təşkili

Təlimlərin Effektivliyinin Ölçülməsi və İzlənməsi

  • Təlimlərin effektivliyini qiymətləndirmək üçün sorğular, testlər və digər ölçmə alətləri vasitəsilə geri dönüşlərin toplanması
  • Əməkdaşların performans göstəricilərinin (KPI-lar, keyfiyyət skorları və s.) izlənməsi və təhlili
  • Təlimlərin biznes nəticələrinə təsirinin analiz edilməsi və müvafiq hesabatların hazırlanması

Təhsil və İş Təcrübəsi:

  • Ali təhsil
  • Ən azı 2-4 il Kredit sahəsində təlim və inkişaf üzrə iş təcrübəsi
  • Təlim proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində təcrübə

Şəxsi Keyfiyyətlər və Bacarıqlar:

  • Güclü pedaqoji bacarıqlar və mentorluq qabiliyyəti
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və inandırma bacarıqları
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Müasir təlim metodologiyaları və yetkinlik əsaslı inkişaf alətləri haqqında biliklər
  • Müxtəlif səviyyəli əməkdaşlarla effektiv ünsiyyət qurmaq və motivasiya etmək bacarığı
  • Çevik və adaptiv yanaşma, dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti

Maraqlanan şəxslər cv formalarını Mövzu/Subject bölməsinə “Təlim və inkişaf meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
2–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 noyabr 2026
Son tarix
6 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
221

Şirkət haqqında

Merkuri BOKT
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex · Bakı
Merkuri BOKT — bütün vakansiyalar

“Merkuri” bank olmayan kredit təşkilatı Azərbaycan Respublikası vətəndaşlarına müasir kredit texnologiyaları tətbiq etməklə maliyyə xidmətləri göstərmək üçün yaradılmışdır.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Ən azı 2-4 il kredit sahəsində təcrübə tələb olunur.

Ali təhsil tələb olunur.

Bəli, təlim proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində təcrübə tələb olunur.

CV-ni Mövzu bölməsinə “Təlim və inkişaf meneceri” qeyd edərək müraciət etmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təlim meneceri üzrə Bakıda digər açıq elanlar.

IRES
Mütəxəssis · 1–3 ilBakı
Maaş göstərilməyib

Təlimləri koordinasiya edir, işçi inkişafını dəstəkləyir və performans qiymətləndirmələrini aparır.

Change ManagementReportingTraining CoordinationEmployee Development+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
SOCAR
MütəxəssisBakı
Maaş göstərilməyib

Təlim kurslarının hazırlanması və keçirilməsi, OPITO standartlarına uyğun təhlükəsizlik təlimləri aparmaq.

Safety TrainingTraining Materials DevelopmentCurriculum DesignCourse Scheduling+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Tələbələrlə əlaqə saxlayır, dərs cədvəllərini təşkil edir və təlim prosesini koordinasiya edir.

Event OrganizationContent CreationCommunicationInterpersonal Skills+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təlim və inkişaf meneceri
Müraciət et