Fərdi və qrup turların hazırlanması və satışı üzrə təcrübəli outgoing tur menecer tələb olunur
Vakansiya haqqında
Turizm şirkətimizə satış bacarığı yüksək, məsuliyyətli və turizm sahəsində təcrübəsi olan Outgoing Tur Meneceri axtarırıq!
İş şəraiti:
- İş saatları: 10:00–19:00
- Əməkhaqqı: Satış nəticələrinə əsaslanan motivasiya sistemi
- Karyera və peşəkar inkişaf imkanı
- Mehriban və peşəkar komanda
Vacib qeyd:
- Biz sadəcə müştəriyə qiymət göndərən deyil, müştəri ilə düzgün ünsiyyət qurmağı, satış prosesini sona qədər izləməyi və real satış nəticəsi əldə etməyi bacaran menecer axtarırıq.
Öhdəliklər
- Xarici ölkələr üzrə fərdi və qrup turlarının hazırlanması və satışı
- Müştəri müraciətlərinin operativ cavablandırılması və satışa çevrilməsi
- Müştərinin büdcəsinə və istəyinə uyğun tur paketlərinin hazırlanması
- Otel, aviabilet, transfer və səyahət sığortası rezervasiyalarının həyata keçirilməsi
- Tur operatorları və B2B rezervasiya sistemləri ilə işləmək
- Müştərilərə otellər, istiqamətlər və səyahət şərtləri barədə peşəkar məsləhət vermək
- Qiymət təkliflərinin hazırlanması və müştərilərə göndərilməsi
- Təklif göndərilmiş müştərilərlə təkrar əlaqə saxlayaraq satışın tamamlanmasına çalışmaq
- Şirkət tərəfindən müəyyən edilmiş aylıq satış hədəflərinin yerinə yetirilməsi
- Rezervasiya və ödəniş proseslərinin düzgün izlənilməsi
- Gündəlik satış və müraciət hesabatlarının təqdim edilməsi
Tələblər
- Outgoing turizm sahəsində minimum 1 il iş təcrübəsi
- Tur operatorları və B2B sistemləri ilə işləmə bacarığı
- Populyar turizm istiqamətləri və otellər haqqında məlumatlı olmaq
- Güclü satış bacarığı
- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dili biliyi üstünlükdür
- Operativlik, məsuliyyət və komandada işləmə bacarığı
- Müştəri müraciətlərini satışa çevirmək bacarığı
Qeyd - Turizm sahəsində təcrübəsi olmayan və bu sahə ilə əlaqəsi olmayan şəxslərin müraciət etməməsi xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 10:00–19:00 arasındadır.
Əməkhaqqı satış nəticələrinə əsaslanan motivasiya sistemi ilə təyin olunur.
Outgoing turizm sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
CV-ni elektron poçt vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçAzərbaycan dili səlis olmalıdır, rus və ingilis dili üstünlükdür.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarGetmə turizm üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Getmə turizm üzrə menecer kimi tur paketləri və viza prosedurlarını idarə etmək üçün 3 il təcrübə tələb olunur
Fərdi və qrup xarici turların hazırlanması və satışı üzrə satış bacarığı tələb olunur
Xarici ezamiyyətlərin aviabilet, otel və viza əməliyyatlarını təşkil etmək üçün 3 il təcrübə tələb olunur


