Bank filiallarında müştəri xidmətinin monitorinqini aparır və təhlil bacarığı tələb olunur.
Vakansiya haqqında
Smile Tour Company komandasına daxili və gəlmə turizm axınını idarə edə biləcək peşəkar Incoming Tourism Manager axtarır.
Öhdəliklər:
- B2B tərəfdaşlar və fərdi müştərilər üçün maraqlı, rəqabətədavamlı turizm paketlərinin (turlar, ekskursiyalar, transferlər və s.) sıfırdan hazırlanması və proqramlaşdırılması;
- Hazırlanmış turizm məhsullarının xarici tərəfdaşlara (turoperator və agentliklərə) aktiv satışı və təqdimatının edilməsi;
- Təsdiq olunmuş turların təşkili, rezervasiyası və icrası üçün aidiyyatı daxili şöbələrə (əməliyyat, nəqliyyat, bələdçi və s.) vaxtında və tam ötürülməsi;
- Tur-paketlərə dair bütün tariflərin, marşrutların və məlumatların şirkətin onlayn platformasında sistemli və xətasız şəkildə yerləşdirilməsi;
- Müştəri məmnuniyyətinin təmin olunması məqsədilə turların gedişatına nəzarət edilməsi;
- Satış dinamikasının və görülən işlərin nəticələrinə dair rəhbərliyə mütəmadi hesabatların verilməsi.
Tələblər:
- Turizm sahəsində (xüsusilə "Incoming" / Gəlmə turizm istiqaməti üzrə) ən azı 3 il uğurlu iş təcrübəsi;
- Rus və ingilis dillərini mükəmməl (səlis) bilmək (xarici partnyorlarla sərbəst ünsiyyət üçün mütləqdir);
- Biznes etikası, beynəlxalq korporativ ünsiyyət və effektiv danışıqlar aparmaq bacarığı;
- Turizm bazarını, destinasiyaları (Azərbaycanın turizm potensialını) və qiymət siyasətini dərindən analiz etmək bacarığı;
- Detallara qarşı son dərəcə diqqətli, dəqiq, işində məsuliyyətli və nizam-intizamlı;
- Komandada işləmək, eyni zamanda müstəqil qərarlar qəbul etmək qabiliyyəti;
- Məlumatları sistemləşdirmə və analitik hesabatlılıq bacarığı.
İş şərait və Təminatlar:
- Rəsmi əmək müqaviləsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun);
- İş qrafiki: 6 günlük iş həftəsi (09:00 - 18:00);
- Əməkhaqq 1500 Azn + Bonuslar (göstəricilərə əsasən artan gəlir imkanı);
- Peşəkar komanda və karyera yüksəlişi imkanları.
Uyğun namizədlərin CV-ni “İncoming manager” baslığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 sentyabr 2026
Dillər
Russian, English
Son tarix
10 oktyabr 2026
Şirkət haqqında
Smile Tour Company
Travel agency · Bakı
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Satış kanalları üzrə assistent partnyorlarla danışıqlar aparır və hesabatlar hazırlayır.
Maaş göstərilməyib
Müştəri portfelini genişləndirir, sığorta məhsullarını təqdim edir və satış məlumatlarını təhlil edir.
Maaş göstərilməyib
Ölkədə satışların inkişafını və bazara çıxış strategiyasını hazırlayır, ən azı 1 il satış təcrübəsi tələb olunur.



