Vakansiya haqqında

Freezone Game Center — Bakıda (Xalqlar metrosu yaxınlığında) yeni açılan 260 m²-lik oyun mərkəzidir: PlayStation kabinələri, PC-zona və racing simulyator. Müştərilərimiz əsasən 18–30 yaş arası gənclərdir. Komandamıza gülərüz və məsuliyyətli ofisiant axtarırıq.

İŞ BARƏDƏ MƏLUMAT

  • İş qrafiki: həftədə 6 iş günü, 1 gün istirahət
  • Əmək haqqı: 450 AZN sabit + çaypulu (bəxşiş)

TƏKLİFLƏRİMİZ

  • 450 AZN sabit əmək haqqı + çaypulu
  • Yemək və forma şirkət tərəfindən
  • Gənc və mehriban kollektiv
  • İşə başlayarkən PlayStation və klub sistemi üzrə qısa təlim

Öhdəliklər

  • Müştəriləri qarşılamaq, kabinələrə və PC-zonaya yönləndirmək
  • Sifarişləri qəbul etmək və kabinetlərə / oyun yerlərinə çatdırmaq
  • Menyunu, qiymətləri və oyun tariflərini bilmək, müştərilərə məlumat vermək
  • Sifarişləri kassa / klub proqramında qeyd etmək, hesabı bağlamaq
  • Zalın, barın və kabinetlərin səliqəsini saxlamaq; seans bitdikdən sonra kabinəni növbəti müştəri üçün hazırlamaq
  • Sadə texniki kömək: oyunu işə salmaq, joystick dəyişmək, problem olduqda administratora bildirmək
  • Bar ehtiyatlarına nəzarət etmək, azalan məhsullar barədə rəhbərliyə məlumat vermək

Tələblər

  • Azərbaycan dilində sərbəst danışıq
  • Səliqəli, gülərüz və nəzakətli olmaq; müştərilərlə mədəni ünsiyyət
  • Məsuliyyətli və punktual olmaq, növbəyə vaxtında gəlmək
  • Cəld və çevik olmaq
  • Komanda ilə işləmək bacarığı və kollektivə uyğunlaşma
  • Gənc və dinamik müştəri auditoriyası ilə işləməyə hazır olmaq
  • Pul hesabatında dəqiqlik

ÜSTÜNLÜK VERİLİR

  • Kafe, restoran və ya oyun klubunda iş təcrübəsi olanlara
  • PlayStation və populyar oyunlardan (EA FC, Mortal Kombat, GTA, Fortnite və s.) anlayışı olanlara
  • Yaxın ərazidə yaşayanlara

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Xalqlar metrosu yaxınlığı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
450 ₼
Yerləşdirilib
20 noyabr 2026
Dillər
Azerbaijani
Son tarix
20 dekabr 2026
Baxış
169

Maaş bazarla müqayisədə

Ofisiant üzrə bazar adətən 500–700 ₼ ödəyir, median — 600 ₼.

bu vakansiya · 450 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

47 açıq vakansiya, 35 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Ofisiant kimi öz maaşını yoxla

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Həftədə 6 iş günü, 1 gün istirahət.

450 ₼ sabit əmək haqqı və çaypulu.

Xalqlar metrosu yaxınlığı, Bakı.

Bəli, PlayStation və klub sistemi üzrə qısa təlim keçirilir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Ofisiant üzrə Bakıda digər açıq elanlar.

600₼

Qonaqlara yüksək səviyyədə xidmət göstərmək və sifarişləri qəbul etmək bacarığı tələb olunur

Customer ServiceOrder takingSales
Müraciət et
Bütün oxşar vakansiyalar
450 ₼
Ofisiant
Müraciət et