Vakansiya haqqında

Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC
öz komandasına Zal üzrə Briqada üzvü axtarır!

Vəzifə öhdəlikləri

  • Zal stansiyası və xidmət:

  • Qonaqları səmimi qarşılamaq, menyunu təqdim etmək və sifarişləri dəqiq qəbul etmək

  • Sifarişlərin vaxtında və təqdimat standartlarına uyğun çatdırılmasını təmin etmək

  • Masaların, oturacaqların, zalın ümumi təmizliyinə və masaüstü aksessuarların (duz, istiot, salfet və s.)
    doluluğuna nəzarət etmək

  • Masaların dərhal təmizlənməsini (boş qabların və tullantıların yığılmasını) təmin etmək

  • Növbə başlayarkən və bitərkən zal stansiyasını işə hazırlamaq və təhvil vermək

  • Müştəri məmnuniyyəti:

  • Qonaqlara diqqətli və təbəssümlə xidmət göstərərək müsbət atmosfer yaratmaq

  • Qida allergiyası və ya xüsusi pəhriz tələbi olan müştərilərə menyu seçimində düzgün məsləhətlər vermək

  • Müştəri şikayətlərini təmkinlə dinləmək və həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək

  • Qonaqların rəy və təkliflərini qeydə alaraq rəhbərliyə bildirmək

Satış və əməliyyatlar:

  • Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal təqdim etmək

  • Əlavə satış texnikalarından (Upselling/Cross-selling) istifadə edərək orta çek məbləğini artırmaq

  • Sifarişləri Kassa / POS sisteminə dərhal və səhvsiz daxil etmək

  • Hesabı vaxtında təqdim etmək və ödənişləri (nağd/nağdsız) tam və dəqiq həyata keçirmək

  • Məsuliyyət, gigiyena və təhlükəsizlik:

  • Restoranın avadanlıqlarına, qab-qacağa və əsas vəsaitlərinə ehtiyatla yanaşmaq

  • Şəxsi gigiyena, uniforma və Qida Təhlükəsizliyi standartlarına şərtsiz əməl etmək

  • Xammal və resursların qənaətcil istifadəsinə töhfə vermək

Tələblər

  • Orta və ya ali təhsil

  • Yaş həddi 18 – 35 aralığı

  • Gülərüz, səliqəli, məsuliyyətli və operativ işləmə bacarığı

  • Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti

  • Karyera yüksəlişinə maraq və inkişaf istəyi

İş şəraiti

  • AR Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə

  • 6 günlük (növbəli) iş qrafiki

  • 500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş

  • Nahar şirkət tərəfindən təmin edilir

  • Ödənişsiz təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı

Əgər qonaqpərvərsinizsə, insanlarla ünsiyyəti sevirsinizsə və gənc, dinamik komandada karyera qurmaq
istəyirsinizsə, bizə qoşulun.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 53 Zahid Xəlilov
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500 ₼
Yerləşdirilib
30 oktyabr 2026
Son tarix
29 noyabr 2026
Baxış
32

Maaş bazarla müqayisədə

Ofisiant üzrə bazar adətən 500–700 ₼ ödəyir, median — 600 ₼.

bu vakansiya · 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

45 açıq vakansiya, 29 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Ofisiant kimi öz maaşını yoxla

Şirkət haqqında

Pizza Mizza
Restaurants · Bakı
Pizza Mizza — bütün vakansiyalar

Müraciətin

Bu vakansiyaya zəng edirlər — işəgötürən elanda yalnız nömrə qoyub.

+994774381415

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

6 günlük növbəli iş qrafiki tətbiq olunur.

Əmək haqqı 500 ₼ (net) təşkil edir, əlavə iş saatlarına görə ödəniş var.

Yaş həddi 18 – 35 aralığında olmalıdır.

Orta və ya ali təhsil tələb olunur.

Telefon vasitəsilə əlaqə saxlamaq lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Ofisiant üzrə Bakıda digər açıq elanlar.

550₼

Qidaları standartlara uyğun təqdim etmək və masaları təmizləmək bacarığı tələb olunur.

TeamworkResponsibilityFood PresentationHygiene Maintenance+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə

Ofisiant

Maaş göstərilməyib

Qonaqları qarşılayıb, sifarişləri qəbul edən və masa servisi həyata keçirən ofisiant tələb olunur

MerchandisingCustomer ServiceOrder takingTable Setting+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
500 ₼
Zal üzrə briqada üzvü
Müraciət et +994774381415 — zəng et