Müştərilərə kosmetik məhsullar satır və satış hədəflərini yerinə yetirir, 1-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Filiallar: Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park Mall.
Olivia Beauty & Care komandamıza Satış məsləhətçisi – Kassir vəzifəsi üzrə əməkdaşlar axtarırıq!
Vacib qeyd: Göstərilən filiallara yaxın ərazilərdə yaşayan və ya həmin ərazilərə rahat gediş-gəliş imkanı olan namizədlərin müraciət etməsi arzuolunandır.
İş öhdəlikləri:
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması və müvafiq qaydada yerləşdirilməsi;
- Müştərilərin mağazada qarşılanması, ehtiyaclarının müəyyənləşdirilməsi və məhsullar haqqında ətraflı və düzgün məlumat verilməsi;
- Müştərilərə tələbatlarına uyğun məhsul seçimi zamanı dəstək göstərilməsi;
- Satış qaydaları, daxili prosedurlar və kampaniyalar barədə məlumatlı olmaq və onları düzgün tətbiq etmək;
- Kassa əməliyyatlarının müvafiq qaydalara uyğun həyata keçirilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
Namizədə dair tələblər:
- Azərbaycan dilini səlis bilmək;
- Rus dili biliyi arzuolunandır;
- Satış sahəsində minimum 6 aylıq iş təcrübəsi;
- Kosmetika və şəxsi qulluq məhsullarının satışı üzrə təcrübəyə üstünlük verilir;
- Ünsiyyətcil, aktiv, çevik və məsuliyyətli olmaq;
- Yaxşı ünsiyyət və satış bacarıqlarına malik olmaq.
İş şəraiti:
- İş qrafiki: Növbəli, iki növbə üzrə: I növbə: 10:00–19:00 / II növbə: 14:00–22:00
- İş yeri: Bakı şəhəri — Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park Mall filialları;
- Şirkətdaxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi perspektivi.
Komandamıza qoşulmaq istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.
WhatsApp: 051 290 33 80 (yalnız Whatsapp)
Müraciət zamanı CV-də yaşadığınız ərazini qeyd etməyiniz xahiş olunur.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Olivia Beauty & Care komandasında səni gözləyirik!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satıcı üzrə bazar adətən 525–750 ₼ ödəyir, median — 600 ₼.
137 açıq vakansiya, 109 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş növbəli qrafikdədir: 10:00–19:00 və 14:00–22:00 saatları arasında.
Bakı şəhərində Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu, Neftçilər və City Park Mall filiallarıdır.
Satış sahəsində minimum 6 aylıq iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir, yaşadığınız ərazi qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə məhsul satışı və xidmət göstərmək, 1 ilə kimi təcrübə tələb olunur
Kitab satışında müştəriyə kömək edir və satış texnikasını tətbiq edir
Zoo mağazasında heyvan məhsullarının satışı və müştəri xidmətində təcrübə tələb olunur




