Müştərilərə kosmetik məhsullar satır və satış hədəflərini yerinə yetirir, 1-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
AmaZOOne World Zoo Mağazası komandamıza heyvanları sevən, məsuliyyətli, ünsiyyətcil və müvafiq sahədə iş təcrübəsi olan əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
- Mağazaya gələn müştərilərin qarşılanması, məhsul və xidmətlər barədə məlumatlandırılması;
- Müştərilərə ev heyvanları, onların saxlanılması, qidalanması və baxımı ilə bağlı düzgün məsləhətlərin verilməsi;
- Zoo məhsullarının (yemlər, aksesuarlar, qulluq vasitələri və s.) təqdim edilməsi və satışının həyata keçirilməsi;
- Mağazada satışda olan heyvanların gündəlik baxımı, qidalanması və saxlanma şəraitinə nəzarət;
- Nağd və nağdsız ödənişlərin qəbul edilməsi, kassa əməliyyatlarının aparılması;
- Telefon və WhatsApp vasitəsilə daxil olan zəng və müraciətlərin cavablandırılması;
- Müştərilərin sifarişlərinin qəbul edilməsi və icrasının izlənilməsi;
- Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsi, qiymət etiketlərinə və səliqəyə nəzarət;
- Məhsul qalıqlarının, stokun və son istifadə tarixlərinin izlənilməsi;
- Gündəlik satış və kassa hesabatlarının hazırlanması;
- Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərin nəzakətlə yola salınması;
- Mağazanın gündəlik fəaliyyətinə aid digər təşkilati işlərin yerinə yetirilməsi.
Namizədə tələblər:
- Zoo mağazası, pet shop və ya müvafiq sahədə iş təcrübəsi (mütləqdir);
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (mütləqdir);
- İngilis dili biliyi üstünlükdür;
- Ev heyvanları, onların qidalanması, baxımı və saxlanma şəraiti haqqında praktik biliklər;
- Zoo məhsulları, yem markaları və aksesuarlar haqqında məlumatlı olmaq;
- Satış, müştəri xidməti və kassa əməliyyatları üzrə bilik və bacarıqlar;
- Heyvanlarla işləməyi sevmək və onlara qarşı qayğıkeş münasibət;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq və satışyönümlü yanaşma;
- Punktuallıq, dürüstlük, məsuliyyətlilik və səliqəlilik;
- İş qrafikinə ciddi riayət etmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək.
İş şəraiti:
- İş yeri: AmaZOOne World Zoo Mağazası, Ağ Şəhər, Bakı.
- Əməkhaqqı və iş qrafiki: Müsahibə zamanı müzakirə olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlər CV-lərini “Zoo Mağaza Satıcısı / Kassir” başlığı ilə göndərə bilərlər.
Vacib: Zoo mağazasında və ya müvafiq sahədə praktiki iş təcrübəsi olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satıcı üzrə bazar adətən 525–800 ₼ ödəyir, median — 600 ₼.
136 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Ağ Şəhər, Bakı şəhərində yerləşir.
İş qrafiki müsahibə zamanı müzakirə olunur.
Əməkhaqqı müsahibə zamanı müzakirə olunur.
Zoo mağazası, pet shop və ya müvafiq sahədə iş təcrübəsi mütləqdir.
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı tələb olunur, ingilis dili üstünlükdür.
Namizədlər CV-lərini “Zoo Mağaza Satıcısı / Kassir” başlığı ilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə məhsul seçimi və satışda dəstək verir, minimum 6 aylıq təcrübə tələb olunur
Müştərilərə məhsul satışı və xidmət göstərmək, 1 ilə kimi təcrübə tələb olunur
Müştərilərə məhsullar haqqında məlumat verir və satış bacarığı tələb olunur




