Vakansiya haqqında

Beautech — kosmetika və şəxsi qulluq məhsullarının idxalı, distribusiyası və pərakəndə satışı ilə məşğul olan şirkətdir.

Şirkətimiz The Ceel, Becot Beaute, O.two.o Cosmetics və digər beynəlxalq brendlərlə çalışır, məhsullarını Azərbaycanın aparıcı kosmetika mağazaları şəbəkələrində və müstəqil satış nöqtələrində təqdim edir.

Satış komandamızı gücləndirmək üçün kosmetika bazarında təcrübəli və nəticəyönümlü Topdan Satış Nümayəndəsi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Bakı və ətraf ərazilərdə kosmetika mağazaları, parfümeriyalar və digər satış nöqtələri ilə aktiv əməkdaşlığın qurulması;

  • Yeni müştərilərin cəlb edilməsi və satış şəbəkəsinin genişləndirilməsi;

  • Mövcud müştərilərin idarə edilməsi, sifarişlərin toplanması və satış həcminin artırılması;

  • Satış nöqtələrinə müntəzəm səfərlərin həyata keçirilməsi;

  • Məhsul çeşidlərinin müştərilərə təqdim edilməsi və yeni məhsulların satış nöqtələrinə daxil edilməsi;

  • Rəqib brendlərin, bazar qiymətlərinin və satış imkanlarının izlənilməsi;

  • Debitor borclarının izlənilməsi və ödənişlərin vaxtında təmin edilməsində iştirak;

  • Aylıq satış hədəflərinin yerinə yetirilməsi və rəhbərliyə hesabatların təqdim olunması.

  • Rəhbərlik tərəfindən tələb olunan müvafiq dövrlərə aid hesabatların hazırlanması.

Namizədə tələblər

  • Kosmetika, parfümeriya və ya FMCG sahəsində topdan satış üzrə minimum 2 il iş təcrübəsi;

  • Xanım Namizədlərə üstünlük verilir;

  • Bakı kosmetika bazarını və satış nöqtələrini yaxşı tanımaq;

  • Yeni müştərilərin cəlb edilməsi və danışıqlar aparılması bacarığı;

  • Satış planları ilə işləmək və nəticəyə fokuslanmaq;

  • Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı;

  • Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq;

  • Şəxsi avtomobilin olması üstünlükdür.

Kosmetika sahəsində formalaşmış müştəri əlaqələri və aktiv topdan satış təcrübəsi olan namizədlərə xüsusi üstünlük veriləcək.

Biz nə təklif edirik?

  • Rəqabətli əməkhaqqı: Razılaşma yolu ilə ilə stabil maaş və satışdan bonus ( 1000 AZN - 2500 AZN aralığında ümumi gəlir)

  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • Satış nəticələrinə uyğun əlavə qazanc imkanı;

  • Beynəlxalq kosmetika brendləri ilə işləmək fürsəti;

  • Geniş məhsul portfeli və mövcud satış infrastrukturu;

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;

  • Uzunmüddətli və stabil əməkdaşlıq;

  • Performansa əsaslanan şəffaf qiymətləndirmə sistemi.

Müraciət qaydası

Satışda nəticə yaradan peşəkarları komandamıza dəvət edirik!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 17 Samad Vurgun
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–2 500 ₼
Yerləşdirilib
16 noyabr 2026
Son tarix
16 dekabr 2026
Baxış
45

Maaş bazarla müqayisədə

Satıcı üzrə bazar adətən 500–750 ₼ ödəyir, median — 600 ₼.

bu vakansiya · 1 000–2 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

147 açıq vakansiya, 109 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satıcı kimi öz maaşını yoxla

Şirkət haqqında

Beauttech
Beauty salon · Bakı
Beauttech — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş Bakı şəhərindədir.

Əmək haqqı 1000–2500 ₼ aralığında dəyişir.

Kosmetika və ya FMCG sahəsində topdan satış üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.

Namizədlərdən sənədlər barədə xüsusi tələb yoxdur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satıcı üzrə Bakıda digər açıq elanlar.

Askona
Mütəxəssis · 1–2 ilBakı
1 000–2 000₼

Məhsul satışı və müştəri xidməti ilə məşğul olmaq üçün satış texnologiyalarını bilmək tələb olunur

1CCustomer ServiceMicrosoft ExcelMicrosoft Outlook
Müraciət et
ARCO Logistics
Mütəxəssis · 2+ ilBakı
1 000–3 000₼

Müştərilərlə görüşür, satış təşkil edir və ən azı 2 il satış təcrübəsi tələb olunur

Market ResearchSalesCustomer ServiceCommunication+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Kartaş LTD (Mr.Fix)
Mütəxəssis · 2+ ilBakı
Maaş göstərilməyib

Korporativ satışları idarə edir, bazar araşdırması aparır və müştəri tələblərinə uyğun təkliflər hazırlayır

Market ResearchSales negotiationCustomer Relationship ManagementPresentation Skills+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
400–500₼

Tüp bebek ve sağlık turizmi alanında satış və hasta danışmanı kimi çalışmaq üçün güclü satış bacarıqları tələb olunur

SalesCustomer Relationship ManagementCommunicationPersuasion+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 000–2 500 ₼
Satış təmsilçisi
Müraciət et