Vakansiya haqqında

Telesatış sahəsində təcrübəniz varsa, gün ərzində çoxlu zəngi rahat idarə edə bilirsinizsə və müştəri müraciətini satışa çevirməyi bacarırsınızsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Daxil olan zəngləri və onlayn müraciətləri (WhatsApp, sosial media, veb-sayt) qəbul etmək, müştərinin ehtiyacını müəyyənləşdirmək
  • Marketinq kampaniyalarından, veb-sayt formalarından və digər mənbələrdən gələn lidlərə müəyyən olunmuş müddətdə geri zəng etmək
  • Müştəriyə uyğun səyahət təklifi hazırlamaq: tur paketləri, aviabilet, otel, transfer, sığorta, viza dəstəyi
  • Qiymət, mövcudluq, ödəniş, ləğv və dəyişiklik şərtlərini yalnız təsdiqlənmiş məlumat əsasında müştəriyə aydın izah etmək
  • Sığorta, transfer, ekskursiya kimi əlavə xidmətləri təklif etmək (cross-sell / up-sell)
  • Fərdi satış planını icra etmək
  • Bütün zəngləri, müraciətləri və satış mərhələlərini CRM sistemində tam və vaxtında qeyd etmək
  • Bron və ödəniş məlumatlarını müvafiq əməliyyat bölməsinə düzgün ötürmək, təsdiq alındıqdan sonra müştərini məlumatlandırmaq
  • Satışla bitməyən müraciətlər üzrə müştəri ilə təkrar əlaqə saxlamaq (follow-up), əvvəlki müştərilərə yeni təkliflər etmək
  • Zəng skriptlərinə və xidmət standartlarına əməl etmək, keyfiyyət yoxlamalarında iştirak etmək

Namizədə tələblər

  • Telesatış, call-center və ya birbaşa satış sahəsində minimum 1 il iş təcrübəsi (turizm sahəsində təcrübə üstünlükdür)
  • Ali və ya orta ixtisas təhsili (turizm, marketinq və ya biznes üzrə təhsil üstünlükdür)
  • Əsas səyahət məhsulları və istiqamətlər haqqında anlayış
  • CRM sistemləri və ofis proqramları ilə işləmə bacarığı
  • Aydın və inandırıcı ünsiyyət, aktiv dinləmə və etirazlarla işləmə bacarığı
  • Nəticəyönümlülük və gərgin iş tempində işləyə bilmək
  • Azərbaycan və Rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
  • Rezervasiya sistemləri ilə işləmə təcrübəsi üstünlükdür

İş şəraiti

  • İş qrafiki: Tam iş günü
  • Rəqabətli əmək haqqı və satış nəticələrinə görə bonus
  • İşə başlayanda məhsul və satış üzrə təlim
  • Peşəkar və dinamik komanda mühiti
  • Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Telesatış üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
23 dekabr 2026
Baxış
66

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satıcı üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

176 açıq vakansiya, 123 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satıcı kimi öz maaşını yoxla

Şirkət haqqında

Baku Holiday Travel
Turizm və səyahət xidmətləri, İnzibati və dəstək xidmətləri · 51-200 · Bakı
Baku Holiday Travel — bütün vakansiyalar

Baku Holiday Travel 2013-cü ildən etibarən beynəlxalq və daxili turizm xidmətləri sahəsində fəaliyyət göstərən dinamik və inkişaf yönümlü turizm şirkətidir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

İş qrafiki tam iş günüdür.

Rəqabətli əmək haqqı və satış nəticələrinə görə bonus təklif olunur.

CV-lər mövzu hissəsində "Telesatış üzrə Mütəxəssis" qeyd edilməklə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Telesatış, call-center və ya birbaşa satış sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satıcı üzrə Bakıda digər açıq elanlar.

FAB Group
Mütəxəssis · 2+ ilBakı
500₼

Məhsulların satışını həyata keçirir, müştəri ehtiyaclarını analiz etməyi bacarmalıdır

Cold CallingSales target achievementTeamworkResponsibility+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Royale Sea Breeze MMC
Yeni başlayanBakı
1 200₼

Müştərilərlə əlaqə saxlayır, satış edir və performans hədəflərinə çatır, yaxşı kommunikasiya bacarığı tələb olunur

Customer Relationship ManagementObjection HandlingOutbound SalesCommunication+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
2GİS
Yeni başlayanBakı
1 100₼

Yeni biznes müştərilərini axtarıb cəlb etmək və satış bacarıqları ilə nəticə əldə etmək.

B2B SalesCold CallingNegotiationPresentation Skills+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Telesatış üzrə mütəxəssis
Müraciət et