О компании
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar, kibertəhlükəsizlik həlləri, İT konsultasiya və monitorinq xidmətləri təklif edir. “AzInTelecom” tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platforması rəqəmsal xidmətləri əlçatan edir. Platformaya daxil olan SİMA yeni nəsil rəqəmsal imza mobil tətbiq vasitəsilə tez və rahat əldə edilir, əlavə sənədlər və növbələrə ehtiyac yoxdur. Azərbaycanın ən böyük bulud provayderi olan AzInTelecom müasir Data Mərkəzləri vasitəsilə dövlət və özəl qurumlara çeşidli bulud xidmətləri təqdim edir. Eyni zamanda kiçik və orta qurumlar, eləcə də fərdlər üçün AzInCloud platforması üzərindən bulud xidmətləri göstərilir. AzInTelecom həmçinin şirkətlərə informasiya təhlükəsizliyi üzrə xidmətlər təklif edir, təhlükəsizlik yoxlamalarını həyata keçirir, kiberhücumlar zamanı boşluqları aşkarlayır və onların aradan qaldırılmasına dəstək verir. Həmçinin, ölkəyə gətirilən mobil cihazların qeydiyyatını həyata keçirir və İMEİ kodların klonlanmasına qarşı mübarizə aparır. AzInTelecom mobil operatorlar tərəfindən vətəndaşlara mobil nömrələrin satılması prosesini tənzimləyir. Vahid nömrə satışı adlanan bu xidmət çərçivəsində satılan mobil nömrələrlə bağlı məlumatlar vahid bazada toplanır.
Открытые вакансии в AzInTelecom
Роли, которые нанимает компания
Должности, на которые AzInTelecom чаще всего открывает вакансии.
Похожие компании
Другие крупные работодатели Азербайджана, которые тоже активно нанимают.





