Навыки и технологии
О роли
Şirkətimiz komandamıza yüksək səviyyədə analitik düşüncəyə malik, müasir süni intellekt alətlərindən peşəkar istifadə etməyi bacaran və sənədlərlə işləmə təcrübəsi olan əməkdaş dəvət edir.
Təklif edirik:
Rəqabətli əməkhaqqı;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Müasir texnologiyalarla işləmək imkanı;
Dinamik və peşəkar komanda mühiti.
Vəzifə öhdəlikləri
Böyük həcmli məlumatların Excel proqramında emalı, təhlili və sistemləşdirilməsi;
Mürəkkəb Excel formullarının, Pivot Table, Power Query, məlumat bazaları və hesabatların hazırlanması;
Müxtəlif sənədlərin (Word, PDF, Excel və s.) təhlili, strukturlaşdırılması və işlənməsi;
Süni intellekt platformalarından istifadə etməklə məlumatların araşdırılması, emalı və hesabatların hazırlanması;
İş proseslərinin avtomatlaşdırılması və məhsuldarlığın artırılması üçün AI həllərinin tətbiqi;
Rəhbərliyin tapşırıqlarına uyğun təqdimat, hesabat və analitik materialların hazırlanması.
Tələblər
Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
Pivot Table, Power Query, VLOOKUP/XLOOKUP, INDEX-MATCH, şərti formatlaşdırma və digər qabaqcıl Excel alətlərindən sərbəst istifadə bacarığı;
Süni intellekt platformaları ilə işləmək bacarığı:
ChatGPT
NotebookLM
Claude
Digər AI alətləri ilə işləmə təcrübəsi üstünlükdür;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
Yeni texnologiyaları sürətlə mənimsəmə qabiliyyəti.
Üstünlük veriləcək:
SQL bilikləri;
Power BI və ya digər məlumat analitikası proqramları;
Sənəd dövriyyəsi, logistika, gömrük, maliyyə və ya biznes analitikası sahəsində təcrübə;
İngilis və rus dili bilikləri.
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



