Ведущий специалист по управлению персоналом

в AzərPambıq ASK MMC

Локация
Bakı
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
6 июля 2026
Языки
Azerbaijani
Дедлайн
30 августа 2026

О роли

Excel-də qabaqcıl analiz və avtomatlaşdırma (pivot cədvəllər, makro, mürəkkəb formullar) vasitəsilə hesabat proseslərinin optimallaşdırılması;
Şöbələr üzrə rüblük iş yükü analizinin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
Gündəlik, həftəlik, aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması və təhlili;
Ştat cədvəlləri ilə faktiki işçi sayının müqayisəsi, müvafiq hesabatların hazırlanması və yoxlamaların aparılması;
İşçilərin iş vaxtının uçotunu əks etdirən tabel cədvəllərinin müntəzəm hazırlanması və aparılması;
İnsan resursları ilə bağlı bütün növ məlumat və hesabatların təhlil edilməsi;
Cəmiyyətin işçilərinin işə davamiyyətinin izlənməsi, qeydiyyatı və əlaqəli struktur rəhbərliyə davamiyyət hesabatlarının hazırlanması;
İşçilərin məzuniyyət hüququnun hesablanması, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin izlənməsi və nəzarətin həyata keçirilməsi;
Məzuniyyət cədvəllərinin hazırlanması, şöbələr üzrə məzuniyyət planlaşdırmasının koordinasiyası və pozuntuların rəhbərliyə çatdırılması;
Məlumat və hesabatlardakı boşluqların, uyğunsuzluqların aşkarlanması, düzəlişlərin tətbiqi və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsi;
İnsan resursları şöbəsinin bütün kadr əməliyyatları üzrə hesabatlarının hazırlanması;
Rəhbərlik qərarlarının məlumat əsaslı (data-driven) şəkildə dəstəklənməsi məqsədilə analitik hesabat və təqdimatların hazırlanması;
Mövcud daxili HR məlumatlarının xarici statistik göstəricilər və sənaye meyarları ilə müqayisəli analizinin aparılması.

Tələblər
Yalnız bəy namizədlər
Ali təhsil ( Biznesin idarə edilməsi, iqtisadiyyat və ya riyaziyyat sahəsi üzrə);
İş təcrübəsi Müvafiq sahə üzrə 2 ildən az olmayaraq əmək stajı (İR data analitikasında təcrübəyə malik);
Yüksək səviyyədə MS Office bilikləri (Excel yüksək səviyyədə);
Süni intellekt (Aİ tools) və digər qabaqcıl sistemlərdən istifadə etmə;
1C 8.3 ERP proqram təminatında işləmək;
ƏMAS portalında işləmək;
Əmək qanunvericiliyi üzrə nəzəri biliklər;
Analitik düşünmə bacarığı;
Komandada işləmə bacarığı;
Planlaşdırma və problem həll etmə bacarığı;
Yaş: 25-35 (ezamiyyətlərə açıq kişi namizədlərə üstünlük verilir);
İş rejimi: 5 gün
Həftədə 40 saat
İstirahət günləri: şənbə və bazar

О компании

AzərPambıq ASK MMC
Bakı

“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy, Ucar) və Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur. Bərdə rayonunda 2 min hektar ərazidə yeni təcrübə-sınaq təsərrüfatının yaradılması nəzərdə tutulub. Cəmiyyət 202 2 -ci il mövsümündə respublikanın 13 rayonunda 2 5 , 520 hektarda pambıq əkini aparmış və kondesiya çəkidə 78 673 tondan artıq xam pambıq tədarük edilmişdir .

Все вакансии AzərPambıq ASK MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Ведущий специалист по управлению персоналом
Откликнуться