Главный специалист по управлению данными

в AZCON Holding

Локация
Bakı
Опыт
4+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
1 июля 2026

О роли

Məlumat keyfiyyəti, “metadata”, məlumatın mənşəyi, adlandırma və məlumat müqavilələri üçün korporativ standartların müəyyən edilməsi və qorunması;Platforma komandaları ilə əməkdaşlıq çərçivəsində avtomatlaşdırılmış “data governance”, kataloqlaşdırma və məlumat keyfiyyətinə nəzarət üçün tələblərin müəyyən edilməsi;“Data Steward”lar və məhsul komandaları üçün şablonlar, təlimlər və dəstək vasitəsilə təcrübələrin mənimsənilməsinin təmin edilməsi;Təşkilat daxilindəki komandaları birləşdirən mərkəzi ekspert qismində çıxış edərək metrikalar, anlayışlar və standartlar üzrə sahələrarası uyğunlaşmanın asanlaşdırılması;Böyük həcmli məlumat dəstlərini analiz etmək, model performansını yaxşılaşdırmaq və modeldəki keyfiyyət xarakterli xətaları ölçüləbilən performans metriklərinə çevirmək;Həyat dövrü (idarəetmə mərhələləri və nəzarət çərçivələri də daxil olmaqla Data Məhsulu İdarəetməsi əməliyyat modelinin layihələndirilməsi və təkmilləşdirilməsi;Məlumat məhsulları və sahələri üzrə korporativ miqyasda ardıcıllığın təmin edilməsi, semantik ziddiyyətlərin və idarəetmə boşluqlarının aradan qaldırılması. Xüsusi tələblər İrimiqyaslı təşkilatlarda data idarəetməsi sahəsində 4+ il iş təcrübəsi (AI Governance təcrübəsi üstünlükdür); saxlama müddətləri, avtomatlaşdırılmış silinmə və arxivləşdirmə strategiyaları da daxil olmaqla “Data Lifecycle Management (DLM)” sahəsində praktiki təcrübə;Bazarda mövcud olan data kataloqlaşdırma alətləri ilə iş təcrübəsi (Collibra, Informatica, OpenMetadata);Qaydaları şərh etmək və məhsul/mühəndislik komandalarının icrası üçün təlimatlar hazırlamaq məqsədilə hüquq/məxfilik şöbələri də daxil olmaqla, sahələrarası komandalarla birbaşa işləmək təcrübəsi;Data idarəetmə prinsipləri, prosesləri və standartları haqqında ekspert səviyyəsində biliklər;Data kataloqunun “metadata”sı, məlumatların təsnifatı, məlumatın mənşəyi, kritik məlumat elementləri, iş axınları və bu sahədəki alətlərlə praktiki təcrübə (alətlərin qiymətləndirilməsi, tətbiqi və idarə olunması daxil olmaqla);Data idarəetmə riski, məsələlərin qiymətləndirilməsi və strategiyasının qurulması və idarə edilməsi sahəsində ekspert bilikləri;“Data & AI” tənzimləyici siyasətləri (məsələn, GDPR, DMA, EU AI Act və s.) haqqında biliklər və mürəkkəb təşkilatlarda tənzimləyici uyğunluq çərçivələri ilə ilk əldən təcrübə;Data yetkinlik qiymətləndirmə çərçivəsinin qurulması, daha az yetkin sahələrin müəyyən edilməsi və inkişaf etdirilməsi təcrübəsi.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Главный специалист по управлению данными
Откликнуться