Навыки и технологии
О роли
Birbank-ın strateji fəaliyyətində mühüm rol oynayan Komplayens hesabatlığı şöbəsinə komanda yoldaşı axtarırıq. Bu rol Bankın komplayens hesabatlarının hazırlanması, müvafiq daxili strukturları və dövlət qurumlarına dəqiq və vaxtında təqdim olunmasını əhatə edir. Bu vəzifədə Siz həm gündəlik hesabatların hazırlanmasında, həm də yeni regulyativ tələblərə uyğun proseslərin qurulmasında iştirak edəcəksiniz. Sizin işiniz yalnız hesabatların hazırlanması ilə məhdudlaşmayacaq, həm də Bankın sabit fəaliyyətinə və risklərin effektiv idarə olunmasına mühüm töhfə verəcək.
+ ' ' +- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
- Komplayens, risk idarəetməsi və/və ya hesabatlılıq sahəsində minimum 1–2 il iş təcrübəsi;
- SQL bilikləri (məlumat bazaları ilə işləmə, sorğu yazma, analiz etmə bacarığı);
- Data analiz və vizuallaşdırma bacarıqları (Power BI, Dataiku, Tableau və s.);
- PL/SQL-dən əlavə proqramlaşdırma dillərində (HTML/CSS/XML/JSON) biliklər.
- İnkişaf imkanları;
- Rəqabətli əmək haqqı və bonuslar;
- Yüksək təminatlı sığorta;
- Dəstəkləyici mühit;
- Visa Premium əmək haqqı kartı;
- Korporativ endirimlər;
- Korporativ tədbirlər;
- Əlavə məzuniyyət;
- Güzəştli təhsil və işçi krediti.
- Bankın məlumat bazasından zəruri məlumatların əldə edilməsi və hesabatların hazırlanması;
- Mövcud skriptlərin optimallaşdırılması və yeni biznes tələblərinin skriptlərə tətbiqi;
- Yeni şübhəlilik indikatoru skriptlərinin hazırlanması;
- Nəzarətedici qurum tərəfindən tələb olunan məlumatların müvafiq proqram təminatında toplanmasına və düzgünlüyünə nəzarət edilməsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
О компании
Kapital Bank is one of Azerbaijan's largest retail banks by branch network, offering retail and corporate banking and digital services.
Все вакансии Kapital BankПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



