Görəcəyiniz işlər:
- Kredit məhsulları və kreditləşmə prosesləri üzrə risklərin ölçülməsi istiqamətində olan təhlilləri aparmaq;
- Kredit müraciətləri və kredit qərarvermə proseslərini risk baxımından təhlil etmək, potensial kredit itkilərinə və fırıldaqçılıq hallarına səbəb ola biləcək risk faktorlarını müəyyən etmək;
- Kredit risklərinin azaldılması, kredit itkilərinin və fırıldaqçılıq halların qarşısının alınması məqsədilə analitik əsaslandırılmış təkliflər hazırlamaq;
- Xüsusilə rəqəmsal kreditləşmə proseslərində kredit qərarlarının keyfiyyətini, risk göstəricilərini və nəticələrini monitorinq etmək;
- Kredit portfelinin keyfiyyətini, risk dinamikasını və əsas risk göstəricilərini təhlil etmək, problemli meylləri vaxtında müəyyən etmək;
- Müştəri seqmentləri, kredit məhsulları və risk profilləri üzrə təhlillər aparmaq və potensial riskləri müəyyən etmək;
- Kreditləşmə prosesini, kreditləşmə qaydaları, limitlər və qərarvermə mexanizmlərinin risk baxımından təhlilində iştirak etmək;
- Kredit risk modellərinin, scoring və digər qərarvermə mexanizmlərinin nəticələrini monitorinq etmək və onların effektivliyini qiymətləndirmək;
- SQL və digər analitik alətlərdən istifadə etməklə kredit portfeli və kreditləşmə prosesləri üzrə məlumatları çıxarmaq, təhlil etmək və nəticələr əsasında təkliflər hazırlamaq;
- Əldə edilən və saxlanılan məlumatlarda, kredit proseslərində və qərarvermə mexanizmlərində uyğunsuzluqları, anomaliyaları və potensial riskləri müəyyən etmək;
- Kredit məhsullarının və risk yanaşmalarının təkmilləşdirilməsi ilə bağlı əlaqəli və aidiyyəti komandalarla əməkdaşlıq etmək;
- Kredit risklərinin vəziyyəti, portfelin keyfiyyəti və anderraytinq prosesinin effektivliyi barədə analitik hesabatlar və təqdimatlar hazırlamaq;
- Bazar, müştəri davranışı və kredit məhsullarında baş verən dəyişiklikləri izləmək və onların kredit risklərinə potensial təsirini qiymətləndirmək.
Bizim üçün uyğun namizəd:
- Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə ali təhsili olan;
- Bank və maliyyə sektorunda, xüsusilə kredit riskləri, kredit analitikası, anderraytinq və ya əlaqəli sahələrdə ən azı 2-3 il iş təcrübəsi olan;
- Kreditləşmə və anderraytinq prinsiplərini, kredit qərarvermə proseslərini və əsas risk faktorlarını dərindən bilən;
- Kredit risklərinin azaldılması ilə yanaşmaları haqqında anlayışa sahib olan;
- Excel və digər MS Office alətləri ilə yaxşı işləyə bilən;
- SQL də təhlil aparılası səviyyəyə uyğun biliklərə sahib olan, Python dilini analitik məqsədlər üçün ümumi səviyyədə anlayan;
- Statistika və data analitikası üzrə yaxşı biliklərə sahib olan;
- Məlumatlardan biznes və risk baxımından nəticə çıxara bilən və analitik nəticələri praktik təkliflərə çevirə bilən;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığına sahib olan;
- Biznes tələblərini və kredit proseslərini anlayaraq onları analitik tapşırıqlara çevirə bilən;
- Dinamik iş mühitində işləyə bilən, təşəbbüskar və nəticəyönümlü olan;
- Güclü kommunikasiya və təqdimat bacarıqlarına sahib olan;
- Yeni bilikləri sürətlə mənimsəyən və özünü davamlı inkişaf etdirməyə həvəsli olan şəxsdir.
Üstünlük hesab olunur:
- Rəqəmsal kreditləşmə və ya avtomatlaşdırılmış qərarvermə prosesləri üzrə təcrübə;
- Fraud risklərinin aşkarlanması və ya qarşısının alınması üzrə təcrübə;
- Kredit risk modellərinin monitorinqi, back-testing və effektivliyinin qiymətləndirilməsi üzrə təcrübə;
- Kredit siyasətlərinin, kredit qaydalarının və risk limitlərinin hazırlanması və ya təkmilləşdirilməsi üzrə təcrübə;
- IFRS 9, ECL və ya Basel prinsipləri üzrə biliklər;
- Python ilə data analitikası üzrə praktiki təcrübə;
- Power BI, Qlik Sense, Tableau və ya digər analitik və vizuallaşdırma alətləri ilə iş təcrübəsi.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!