Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
27 июня 2026
Языки
Azerbaijani
Дедлайн
27 июля 2026

О роли

Təsvir

  • Şirkətin mühasibat uçotunun Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Beynəlxalq Mühasibat Uçotu Standartlarına (IFRS) uyğun olaraq düzgün təşkil edilməsi və aparılması;
  • Mühasibat yazılışlarının və xərc bölgülərinin düzgünlüyünün yoxlanılması;
  • İstehsal və bağçılıq fəaliyyəti üzrə xərclərin uçotu, təhlili və nəzarətinin həyata keçirilməsi;
  • Bioloji aktivlərin, əsas vəsaitlərin və ehtiyatların uçotuna nəzarət edilməsi;
  • Aylıq və illik maliyyə bağlanış proseslərinin həyata keçirilməsi;
  • Təchizatçılarla hesablaşmaların, ödəniş cədvəllərinin, debitor və kreditor borcların idarə olunması,nəzarətdə saxlanılması;
  • Büdcə və idarəetmə hesabatlılığı proseslərində iştirak edilməsi;
  • Şirkətin gəlir və xərclərinin monitorinqinin aparılması, maliyyə intizamına nəzarət edilməsi və maliyyə siyasətinin tətbiqinin təmin olunması;
  • Rüblük,illik inventarizasiya proseslərinin təşkili və nəticələrinin düzgün uçotunun təmin edilməsi ;
  • Daxili və xarici audit sorğularının cavablandırılması, audit proseslərinin koordinasiyası.

Tələblər

  • Baş mühasib vəzifəsində minimum 5 il, ümumilikdə isə minimum 8 il iş təcrübəsi;
  • İstehsalat və kənd təsərrüfatı sektorunda iş təcrübəsi üstünlük hesab olunur;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini mükəmməl bilmək;
  • IFRS və Milli Mühasibat Uçotu Standartları üzrə biliklər;
  • Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması təcrübəsi;
  • Əsas vəsaitlərin, bioloji aktivlərin, ehtiyatların və istehsal xərclərinin uçotu üzrə biliklər;
  • 1C ERP (8.3), Excel və digər maliyyə proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə, komanda idarəetməsi və yüksək ünsiyyət bacarıqları;

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Təlim və sertifikasiya dəstəyi
  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

О компании

Grand Agro MMC
Baku

Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Все вакансии Grand Agro MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Главный бухгалтер
Откликнуться