Локация
Азербайджан
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
400–800 ₼
Опубликовано
17 июля 2026
Языки
Azerbaijani
Дедлайн
17 августа 2026

О роли

Maliyyə sektorunda fəaliyyət göstərən “İnternational” ASC Bakı şəhəri və region filialları üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Satış sahəsində karyera qurmaq və maliyyə sektorunda inkişaf etmək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

I Kateqoriya: Ödənişli Təcrübə Proqramı (Təcrübəsiz namizədlər üçün)

Kredit sahəsində təcrübəsi olmayan, lakin bu sahədə inkişaf etmək istəyən namizədlər üçün xüsusi proqram.

Təklif edirik:

  • Ödənişli təcrübə proqramı
  • Əmək haqqı: 200 AZN + 400 AZN bonus
  • Praktiki təlim və real iş mühiti
  • Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı

II Kateqoriya: Kredit mütəxəssisi (Təcrübəli namizədlər üçün)

Əsas vəzifələr:

  • Aktiv satışın təşkili və yeni müştərilərin cəlb edilməsi
  • Kredit portfelinin idarə olunması və keyfiyyətinə nəzarət
  • Müştəri müraciətlərinin qəbulu, təhlili və rəsmiləşdirilməsi
  • Kredit komitəsinə təqdimatların hazırlanması
  • Müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması
  • Kredit sənədlərinin düzgün və vaxtında hazırlanması
  • Yeni məhsul və satış təşəbbüsləri ilə çıxış etmək

Təklif edirik:

  • Başlanğıc əmək haqqı: 400 – 800 AZN
  • Bonus sistemi: 800 – 1600 AZN
  • Karyera yüksəlişi imkanları
  • Peşəkar və dinamik iş mühiti

Ümumi tələblər:

  • Ali və ya natamam ali təhsil
  • Yüksək ünsiyyət və satış bacarıqları
  • Komanda ilə və fərdi işləmə qabiliyyəti
  • Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel)
  • Bank, BOKT və ya lombard sahəsində təcrübəsi olanlara üstünlük verilir
  • Cins: kişi (arzuolunandır)

İş şəraiti:

  • İş günləri: I – V günlər
  • İş saatı: 09:00 – 18:00
  • Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri filialı qeyd etməklə “Kredit üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

О компании

International BOKT
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex

"INTERNATIONAL" Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti 21.05.2013 - ci il tarixində BKT - 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir . Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşqul olur .

Все вакансии International BOKT

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
400–800 ₼
Kredit mütəxəssisi
Откликнуться