Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
- İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak etmək;
- Departament, şöbə və filiallara xərc büdcəsinin hazırlanmasında dəstək göstərmək;
- Şirkətin maliyyə planının icrasının monitorinqi və fərqlərini təhlil etmək;
- Büdcə nəzarəti üçün zəruri olan məlumatları toplamaq və işləmək;
- Hesabatları dəqiq və razılaşdırılmış müddətlərdə hazırlamaq;
- Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil edilməsi;
- Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərin aparılması, maliyyə göstəricilərinə təsirinin müəyyən edilməsi;
- Müəyyən edilmiş müxtəlif büdcə göstəriciləri üzrə mütəmadi olaraq Şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi;
- Qiymət əmələ gəlmə (cost) üzrə təhlillərin və nəzarətin icra edilməsi.
Tələblər:
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Xarici dillər: Rus və İngilis dili arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office (Excel yüksək səviyyədə);
- Lisenziya/Sertifikat: ACCA, CFA və ya ekvivalent sertifikata üstünlük verilir;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Karyera yüksəlişi imkanı.
- Əmək haqqı: 1500-2000 AZN (Namizədin təcrübəsində asılı olaraq)
О компании
Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek şəbəkəsinin idarə olunması istiqamətində ölkə üzrə geniş fəaliyyət göstərir. Zeytun Pharmaceuticals ölkənin bütün regionlarını əhatə edən geniş logistika və satış infrastrukturu ilə fəaliyyət göstərərək, dövlət və özəl tibb müəssisələrinin etibarlı tərəfdaşlarından biri hesab olunur. Şirkət beynəlxalq farmasevtik istehsalçılarla əməkdaşlıq edir və yüksək keyfiyyət, təhlükəsizlik və beynəlxalq standartlara uyğun xidmət prinsiplərini əsas tutur. Hazırda şirkətin Bakı və regionlar daxil olmaqla 1000+ əməkdaşı , yüzlərlə aptek və geniş distribusiya şəbəkəsi mövcuddur. Şirkət Azərbaycanın farmasevtika sektorunda ən böyük və sürətlə inkişaf edən şirkətlərdən biri kimi tanınır.
Все вакансии Zeytun PharmaceuticalsПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

