Attendance ManagementAnalytical ThinkingCompliance
Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
2 000–2 000 ₼
Опубликовано
19 июня 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
19 июля 2026
Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
- Fiziki şəxslər üzrə problemli kreditlərlə bağlı məhkəməyəqədər mərhələdə iş aparır, borclular və zaminlərlə əlaqə saxlayır, yazışmalar və ünvan səfərləri həyata keçirir, əmlak və gəlirlər barədə müvafiq orqanlara sorğular göndərir.
- Məhkəməyəqədər tədbirlər nəticə vermədikdə, işi müəyyən edilmiş müddətdə məhkəməyə təqdim olunması üçün aidiyyəti üzrə yönləndirir.
- İcra mərhələsində icra sənədlərinin vaxtında və düzgün icrasını təmin etmək məqsədilə icra məmurları ilə əməkdaşlıq edir, müraciət və vəsatətlər hazırlayır, ünvan səfərlərində iştirak edir.
- Borclunun əmlak və gəlirlərinin aşkar edilməsi, tutmanın yönəldilməsi, əmlakın qiymətləndirilməsi və hərrac prosesində təşkilatı təmsil edir.
- Məhkəmə prosesindən icra mərhələsinədək müştəri və zaminlərlə mütəmadi əlaqə saxlayır, sənədləşmə və rəsmi yazışmaları aparır.
- Görülmüş işlərin proqram üzrə qeydiyyatını aparır, borcların cari statusu və nəticələr barədə mütəmadi hesabat təqdim edir.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Sürücülük vəsiqəsi;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
- İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 2000 AZN + (ƏH+bonus birlikdə)
- İş yeri: Bakı, Nərimanov rayonu.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
О компании
Kollekta MMC
Baku
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Contract reviewComplianceCorporate governance
Office ManagementCustomer ServicePhone Communication
AuditComplianceInternal Control


