Навыки и технологии
О роли
ABS Partner MMC hüquq sahəsində təcrübəli və məsuliyyətli Korporativ Hüquqşünas axtarır. Namizəddən qanunvericilik bilikləri, analitik düşüncə və komandada işləmək bacarığı tələb olunur.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş yeri: Çinar Park Biznes Mərkəzi
Tələblər:
- Hüquq üzrə ali təhsil
- Hüquqşünas vəzifəsində minimum 1 il iş təcrübəsi (Logistika, istehsalat və xidmət sahələrində təcrübə arzuolunandır)
- Korporativ, kommersiya, əmək və biznes hüququ sahələrində güclü biliklər;
- Müqavilə hüququ, Əmək, Mülki, Miqrasiya və Vergi Məcəllələri üzrə biliklər
- Müqavilələrin hazırlanması və hüquqi ekspertizası sahəsində təcrübə
- Azərbaycan qanunvericiliyini dərindən bilmək
- Analitik düşüncə və hüquqi riskləri qiymətləndirmə bacarığı
- Komandada və müstəqil işləmək qabiliyyəti
- İngilis dili biliyi – minimum B2 səviyyəsi (xüsusilə sənədlərlə iş və yazışmalar üçün)
Vəzifə öhdəlikləri:
- Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklərin edilməsi və həmin dəyişikliklərin dövlət qeydiyyatına alınması (o cümlədən hüquqi ünvanın dəyişdirilməsi, təsisçi və ya direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnamə və ya əsasnaməyə edilən digər dəyişikliklər);
- Korporativ idarəetmə üzrə hüquqi dəstəyin göstərilməsi;
- Tələb olunan korporativ və hüquqi sənədlərin hazırlanması və toplanması;
- Müqavilələrin hazırlanması, təhlili və hüquqi ekspertizasının həyata keçirilməsi;
- Bütün növ əqdlər, o cümlədən beynəlxalq müqavilə və sazişlər üzrə hüquqi rəyin verilməsi;
- Müvafiq fəaliyyət sahələri üzrə lisenziya və icazələrin alınmasının hüquqi müşayiəti;
- Əmtəə nişanlarının qeydiyyatı;
- Əqli mülkiyyət hüquqlarının qorunması (əmtəə nişanları, müəllif hüquqları və s.);
- Hüquqi risklərin təhlili və risklərin idarə olunması strategiyasının hazırlanması;
- Hüquqi məsləhət xidmətlərinin göstərilməsi;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların düzgün tətbiqinə nəzarətdə iştirak;
- Məhkəmə işlərinə nəzarət və prosessual müşayiət;
- Dövlət orqanları ilə münasibətlərdə hüquqi təmsilçilik;
- Müvafiq dövlət orqanları ilə danışıqların aparılması;
- Dövlət qurumları ilə rəsmi yazışmaların hazırlanması və həyata keçirilməsi;
- Tərəfdaşlar və üçüncü şəxslərlə hüquqi yazışmaların aparılması;
- Danışıqlar prosesində hüquqi mövqenin formalaşdırılması və müdafiəsi.
Zəhmət olmasa, minimum əmək haqqı gözləntinizi qeyd edin.
О компании
ABP Partner – mühasibatlıq, hüquq və insan resursları (kadr) sahələrində ixtisaslaşmış peşəkar konsaltinq şirkətidir. Fəaliyyətimiz hüquqi və fiziki şəxslərə aşağıdakı əsas istiqamətlər üzrə kompleks xidmətlərin göstərilməsini əhatə edir. Mühasibatlıq və vergi xidmətləri Mühasibat uçotunun qurulması və aparılması Vergi hesabatlarının hazırlanması və təqdim olunması Maliyyə hesabatlarının hazırlanması Maliyyə məsləhətləri və audit xidmətləri Hüquqi xidmətlər Şirkətlərin qeydiyyatı və hüquqi sənədlərin hazırlanması Müqavilələrin hazırlanması və hüquqi ekspertizası Hüquqi məsləhətlər və hüquqi təmsilçilik Əmək hüququ və digər hüquqi sahələr üzrə dəstək Kadr və insan resursları xidmətləri Kadr uçotunun qurulması və idarə olunması Əmək müqavilələrinin hazırlanması və qeydiyyatı İşə qəbul və personal sənədləşməsi Əmək qanunvericiliyinə uyğun məsləhətlər Abs Partner MMC olaraq əsas məqsədimiz müştərilərimizin idarəetmə və əməliyyat sahəsindəki ehtiyaclarına uyğun, effektiv və qanunvericiliyə tam uyğun həllər təqdim etməkdir. Komandamız bu sahələrdə geniş təcrübəyə malik peşəkarlardan ibarətdir və biz hər bir müştəriyə fərdi yanaşma ilə xidmət göstəririk.
Все вакансии ABS Partner MMCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

