Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
7 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
30 июля 2026

О роли

İş barədə məlumat:

  • Cəmiyyətdə normativ aktların müddəalarının düzgün tətbiq edilməsinin təmin edilməsi;
  • Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunun yoxlanılması və lazım gəldikdə razılığın bildirilməsi (sənədlərin müvafiq yerində imza etməklə);
  • Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsinin təmin edilməsi;
  • Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması, müqaviləni qarşı tərəfə təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanılması;
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün tələb olunan sənədlər paketinin hazırlanması və icra edilməsi;
  • Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketinin hazırlanması və icra edilməsi;
  • Cəmiyyətdə kadr uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarət edilməsi, bu sahədə hüquqi məsləhətlər və əlverişli təkliflər verilməsi;
  • Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə bütün zəruri prosessual imkanlardan istifadə edilməsi;
  • Cəmiyyətə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə hüquqi vasitələrdən istifadə etməklə tədbirlər görülməsi;
  • Tələb olunan hüquqi sənədlərin lazım olan vaxtlarda dövlət və bələdiyyə orqanlarına təqdim edilməsi, oradan götürülməsi, bununla bağlı imza edilməsi, lazım gəldikdə tələb olunan dövlət rüsumunun ödilməsi;
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;

Namizədə tələblər:

  • Hüquq üzrə ali təhsili;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • MS Office proqramları və 1 C üzrə biliklər;
  • Azərbaycan dili mükəmməl, Rus və ingilis dilləri arzu olunandır;
  • Ünsiyyət qurma qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Planlaşdırma, analiz və idarəetmə bacarığı ;

Əlavə məlumat:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri Şəmkir şəhəri

О компании

Shamkir Agropark
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Bitkiçilik

“Şəmkir Aqropark” MMC Cənubi Qafqazda ilk "Aqropark" formatlı kənd təsərrüfatı layihəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 16 aprel 2014-cü il tarixli, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"ndan irəli gələn aqroparkların yaradılması ilə bağlı göstərişə əsasən 15.11.2014 tarixində ölkə başçısının Şəmkir şəhərinə səfəri zamanı Şəmkir Aqropark logistika mərkəzinin təməli qoyulmuşdur. Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin 20.08.2017-ci ildə açılışı olub. Kompleks beynəlxalq formatda fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş biznes layihəsidir. Şəmkir Aqroparkın fəaliyyəti müasir istehsal, logistika və satış texnologiyalarına əsaslanır Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaqdır. Eyni zamanda Aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara stabil və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcəkdir. Aqroparkın ümumi ərazisi 604 hektar təşkil edir. Aqroparkda 1-ci mərhələ üzrə nəzərdə tutulan işlər artıq yekunlaşmışdır. Belə ki, tutumu 24 min ton olan Logistik Mərkəz, Bir Pəncərə Kompleksi, TIR parkı, avtodayanacaq, helikopter meydançası və laboratoriya yaradılmışdır.

Все вакансии Shamkir Agropark

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Юрист
Откликнуться