Ведущий специалист по операциям с персоналом

в Veysəloğlu-Rossmann

Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
30 июня 2026
Языки
Azerbaijani
Дедлайн
30 июля 2026

О роли

Vəzifə öhdəlikləri:

  • İşçilərin işə qəbul, vəzifə dəyişikliyi və işdən çıxış proseslərini icra etmək;
  • Əmək müqavilələri hazırlamaq və rəsmiləşdirmək;
  • ƏMAS sistemi üzərindən əməliyyatları həyata keçirmək;
  • Şəxsi iş qovluqlarını formalaşdırmaq və sənəd dövriyyəsini idarə etmək;
  • Məzuniyyət, ezamiyyət, davamiyyət və digər HR əməliyyatlarını izləmək;
  • Daxili əmrləri, arayışları və HR sənədlərini hazırlamaq;
  • Dövlət qurumları ilə bağlı sorğuları cavablandırmaq;
  • HR hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İntizam tənbehlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini icra etmək;
  • Əmək qanunvericiliyindəki yenilikləri izləmək və tətbiq etmək.

Tələblər:

  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
  • Əmək Məcəlləsi və HR əməliyyatları üzrə biliklər;
  • ƏMAS sistemi ilə işləmə təcrübəsi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə və yüksək kommunikasiya bacarığı;
  • Məsuliyyətli, detallara diqqətli və operativ olmaq.

Biz təklif edirik:

  • Nahar və servis ilə təminat;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük tam iş qrafiki;
  • Korporativ mobil nömrə.

О компании

Veysəloğlu-Rossmann
İxtisaslaşmış pərakəndə ticarət, Topdansatış və pərakəndə ticarət

“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir. “Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.

Все вакансии Veysəloğlu-Rossmann

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Ведущий специалист по операциям с персоналом
Откликнуться