Локация
Bakı
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
1 500–2 000 ₼
Опубликовано
16 июня 2026
Языки
English, Azerbaijani

О роли

🔧 Servis Mühəndisi / Texniki Mütəxəssis

Ödəniş kartlarının istehsalı və fərdiləşdirilməsi avadanlıqlarının quraşdırılması, texniki xidməti və təmiri sahəsində çalışacaq məsuliyyətli və texniki biliklərə malik əməkdaş axtarırıq.

Üstünlük veriləcək:

Çap avadanlıqları, sənaye avadanlıqları, ATM/POS terminalları və ya digər elektron sistemlərlə iş təcrübəsi olan namizədlərə.

📍 İş yeri: Bakı

Vəzifə öhdəlikləri

✅ Avadanlıqların quraşdırılması, texniki xidməti və təmirinin həyata keçirilməsi;

✅ Elektrik, elektronika və mexaniki sistemlərdə nasazlıqların diaqnostikası;

✅ Profilaktik baxış və texniki xidmət işlərinin aparılması;

✅ Müştərilərə texniki dəstəyin göstərilməsi;

✅ Texniki sənədlərin və servis hesabatlarının hazırlanması;

✅ Xarici istehsalçılarla texniki məsələlər üzrə yazışmaların aparılması.

Tələblər

✅ Texniki və ya mühəndislik təhsili;

✅ Elektrik, elektronika və mexanika sahələrində əsas biliklər;

✅ Elektrik avadanlıqlarının təmiri və texniki xidməti sahəsində təcrübə üstünlükdür;

✅ Texniki sxemləri və sənədləri oxuma bacarığı;

✅ İngilis dili biliyi (texniki sənədlərlə işləmək üçün);

✅ MS Office proqramlarında işləmək bacarığı;

✅ Məsuliyyətlilik, dəqiqlik və problemləri operativ həll etmə bacarığı.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 500–2 000 ₼
Сервисный инженер
Откликнуться