Руководитель технического отдела

в Atena

Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
7 июля 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
7 августа 2026

О роли

Vəzifə öhdəlikləri:

  • Zavodun istehsalat avadanlıqları və mühəndis-kommunikasiya sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
  • Texniki xidmət, profilaktik baxış və təmir işlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
  • Avadanlıqlarda yaranan nasazlıqların operativ aradan qaldırılmasını təşkil etmək;
  • Yeni avadanlıqların quraşdırılması və istismara verilməsi prosesini koordinasiya etmək;
  • Texniki sənədləşmənin düzgün aparılmasını və enerji resurslarından səmərəli istifadəni təmin etmək;
  • Texniki heyətin fəaliyyətini idarə etmək, iş bölgüsünü təşkil etmək və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Ehtiyat hissələri və texniki materiallara olan tələbatı müəyyənləşdirmək, aidiyyəti şöbələrlə əməkdaşlıq etmək;
  • Zavodun texniki inkişafı, modernləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

  • Mexanika, Elektrik mühəndisliyi, Mexatronika və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • İstehsalat müəssisəsində texniki rəhbər vəzifəsində minimum 5 il iş təcrübəsi;
  • İstehsalat avadanlıqları, texniki xidmət və profilaktik təmir prosesləri üzrə bilik və təcrübə;
  • Komandanı idarəetmə, planlaşdırma və operativ qərarvermə bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;
  • Məsuliyyətli, liderlik və analitik düşünmə qabiliyyətinə malik olmaq.

​​​​​​​İş şəraiti:

  • İş yeri: Ağcabədi rayonu;
  • 6 günlük iş qrafiki (qısaldılmış);
  • Əmək haqqı: razılaşma yolu ilə;
  • Nahar: şirkət tərəfindən qarşılanır;
  • Rayon və ətraf kəndlərə servis xidməti mövcuddur;
  • İşçiyə ailəsi ilə yaşamağa ev verilir.

О компании

Atena
Qida məhsullarının istehsalı

11.05.2011-ci il tarixində fəaliyyətə başlayan ATENA MMC sahib olduğu süd texnologiyası və iş metodu ilə sadəcə Azərbaycanda deyil, dünyada sayılıb-seçilən bir süd toplama ferması və istehsal müəssisəsidir. Bütün süd məhsullarının qida dəyərlərini mühafizə etmək üçün, sahib olduğu texnologiya vasitəsi ilə istehsalın hər nöqtəsində ona nəzarət edir. ATENA zavodunun gün ərzində 400 ton çiy südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirmək potensialı var. 12.000 m2-i qapalı olmaqla ümumilikdə 240.000m2 ərazini əhatə edir. ATENA süd və süd məhsulları bazarına ilkin olaraq 32 növ məhsulla daxil olub, bu gün isə artıq 50 növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir. ATENA istehsal etdiyi süd məhsullarının sağıldığı nöqtədən satıldığı nöqtəyə 24 saat ərzində çatdırılmasına zəmanət verir. Bunun sayəsində ATENA markalı məhsullar (süd, qatıq, ayran, pendir) əminliklə, heç bir qatqı maddəsindən istifadə edilmədən, təbii (qatqısız) və təravətdən gələn ləzzəti ilk sağıldığı andakı kimi özündə saxlayır. ATENA özü inkişaf etməklə yanaşı müəssisədə çalışan işçilərin, müştərilərin, fermerlərin, təchizatçıların və istehlakçıların inkişafını da nəzərdə tutur.

Все вакансии Atena

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Руководитель технического отдела
Откликнуться