Quality ControlISO 45001Quality Management System
Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
8 июля 2026
Дедлайн
8 августа 2026
Навыки и технологии
О роли
Namizədə tələblər:
- Ali texniki təhsil
- Qeyd olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsinin olması.
- MC Word, MC Excel proqramlarını yaxşı bilməli,
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin nəqliyyat vasitələri, xüsusi texnikaları üzrə cari, planlı və korrektiv texniki xidmət və təmir işlərini planlaşdırmaq, təşkil etmək və idarə etmək.
- İllik, aylıq və həftəlik texniki xidmət planlarını hazırlamaq, icrasına nəzarət etmək və yerinə yetirilməsini təmin etmək.
- Təmir sahəsinin gündəlik fəaliyyətini təşkil etmək, təmir heyətinin işini əlaqələndirmək və iş bölgüsünü həyata keçirmək.
- Texniki nasazlıqların diaqnostikasını təşkil etmək, kök səbəb analizləri aparmaq və təkrarlanan nasazlıqların qarşısının alınması üzrə tədbirlər həyata keçirmək.
- Texnika və nəqliyyat vasitələrinin texniki hazırlıq səviyyəsini, etibarlılığını və fasiləsiz istismarını təmin etmək.
- Texniki xidmət və təmir işlərinin keyfiyyətinə, müddətinə və müəyyən edilmiş texniki standartlara uyğun yerinə yetirilməsinə nəzarət etmək.
- Ehtiyat hissələri, texniki materiallar, yağlayıcı materiallar və xüsusi alətlər üzrə tələbatı planlaşdırmaq, onların səmərəli istifadəsinə və ehtiyatlarının idarə olunmasına nəzarət etmək.
- Təmir işlərinin xərc effektivliyini təmin etmək, resurslardan səmərəli istifadəni təşkil etmək və optimallaşdırma tədbirləri hazırlamaq.
- Təmir sahəsində SƏTƏM, ISO 9001, ISO 45001, istehsalçı tələbləri və daxili prosedurların tətbiqini təmin etmək.
- Təmir büdcəsinin icrasına nəzarət etmək, xərcləri təhlil etmək və optimallaşdırılması üzrə rəhbərliyə təkliflər vermək.
- Təmir fəaliyyətinə dair əsas performans göstəricilərini (KPI) izləmək, təhlil etmək və Nəqliyyat və Təmir Departamentinin Direktoruna dövri hesabatlar təqdim etmək.
- Yeni texnika və avadanlıqların qəbulunda texniki ekspertiza aparmaq, istismara qəbul prosesində iştirak etmək və texniki uyğunluğu qiymətləndirmək.
- Təmir proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslər hazırlamaq və həyata keçirmək.
İş şəraiti:
- İş yeri: Qaradağ r-nu, Ümid qəsəbəsi, Səngərqaya 7-ci km
- İş qrafiki: 6 günlük, iş vaxtı
- Əmək haqqı: Razılaşma yolu ilə
- Servis, Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
О компании
Premium Mining
Baku
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Corrective and Preventive ActionsAudit ManagementQuality Management Systems
1C SoftwareSales ManagementInventory Management
1C ERPAnalytical ThinkingInventory Management



