Навыки и технологии
О роли
Vəzifə və öhdəliklər:
- Sənədlərə effektiv nəzarətin təmin edilməsi məqsədilə Sənəd İdarəetmə Sisteminin tətbiqi və gündəlik fəaliyyətinin dəstəklənməsi;
- Mühəndislik çertyojları və prosedurlar daxil olmaqla layihə sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi;
- Sifarişçi rəylərinin qəbul edilməsi və aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
- Sifarişçi ilə Podratçı arasında sistemli sənəd mübadiləsinin həyata keçirilməsi, idarə olunması və nəzarət edilməsi;
- Məktublar, Texniki Sorğular (TQ) və İclas Protokolları (MOM) daxil olmaqla layihə sənədlərinin göndərilməsi və qeydiyyatının səmərəli şəkildə idarə olunması;
- Layihənin bütün mərhələlərində sənəd nəzarəti sisteminin effektiv fəaliyyətinin təmin edilməsi;
- Dizayn və mühəndislik mərhələlərində bütün layihələr üzrə sənəd nəzarəti prosedurları və standartlarının tətbiqinə və onlara uyğunluğun təmin edilməsinə dəstək göstərilməsi;
- Gecikmiş sənədlərin izlənilməsi və cavabdeh mühəndislər tərəfindən tapşırıqların müəyyən olunmuş müddətlərdə tamamlanmasının təmin edilməsi;
- Sənəd versiyalarına nəzarətin təmin edilməsi və dəyişikliklərin izlənilməsi;
- Sənədlərin identifikasiyasının və standart şablonlara, eləcə də formatlara uyğunluğunun təmin edilməsi;
- Sifarişçi auditləri zamanı sənəd nəzarəti sisteminin təkmilləşdirilməsinə dəstək göstərilməsi, uyğunluğun və proses səmərəliliyinin artırılmasına töhfə verilməsi;
- Layihə sənədlərinin layihənin başlanğıcından bağlanış mərhələsinə qədər idarə olunması;
- Layihənin təhvil-təslim prosesinin hazırlanması və icrası, bütün sənədlərin sifarişçiyə və ya növbəti layihə mərhələsinə tam və düzgün şəkildə ötürülməsinin təmin edilməsi;
- Layihə sənədlərinin saxlanılması, arxivləşdirilməsi və layihənin bağlanış prosesinin təşkilinin həyata keçirilməsi;
- Sənəd dövriyyəsinin uçot və nəzarət işinin təşkili, sənədlərin icra prosesi və müddətlərinə nəzarət edilməsi, uyğunsuzluq halları barədə rəhbərliyin məlumatlandırılması;
- Sənədlərin təhlükəsizliyinin ehtiyat nüsxələrin saxlanılması və arxivləşdirmə vasitəsilə təmin edilməsi;
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların düzgün və aktual şəkildə təsnifləşdirilməsinin, həmçinin dövriyyədə olan sənədlərlə bağlı məlumatların düzgün ötürülməsi və qəbul edilməsinin təmin edilməsi.
Tələblər:
- Ali təhsil;
- Qeyd olunan sahədə azı 2-4 il iş təcrübəsi;
- Azərbaycan dili əla, İngilis dili səlist bilməli;
- Yaş həddi: 25-45;
- MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
- Həftədə 2 gün istirahət.
Əmək Haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək.
О компании
AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir. Şirkətimiz tikinti, boru kəməri işləri, qaynaq, yol tikintisi, sənaye layihələri, MEP, dizayn və təchizat sahələrində peşəkar xidmətlər göstərir və müştərilər üçün kompleks həllər təqdim edir. Sənaye seqmentində AMINA AND S GROUP SOCAR-ın etibarlı podratçısı kimi tanınır. Portfelimizə Heydər Əliyev Neft Emalı Zavodu (HAOR), SOCAR Karbamid Zavodu, SOCAR Qaz Emalı Zavodu və SOCAR Polymer kimi strateji obyektlərdə texniki xidmət, təmir və modernizasiya işləri daxildir. Bu təcrübə bizə neft-qaz sənayesində yüksək standartlara uyğun xidmət göstərmək və mühüm sənaye müəssisələrinin dayanıqlı işləməsinə dəstək olmaq imkanı verir. Şirkətimizin əsas üstünlükləri güclü komanda ruhu, etibarlılıq və peşəkarlıqdır. Bizim prinsipimiz sadədir: “Sifarişçilərimizdən növbəti layihələrini bizə həvalə etmək istəyi yaratmaq.” Bu yanaşma sayəsində uzunmüddətli tərəfdaşlıqlar qurmuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda uğurla böyümüşük. AMINA AND S GROUP-un beynəlxalq şəbəkəsi də genişlənməkdədir. Şirkətin Rumıniyada və Moldovada filialları fəaliyyət göstərir, Türkiyədə isə artıq təsis olunmuş hüquqi qurumumuz var. Bu beynəlxalq mövcudluq bizə müxtəlif regionlarda layihələr həyata keçirməyə və müştərilərimizi ehtiyac duyduqları yerdə dəstəkləməyə imkan verir. Əsas dəyərlərimiz: etibar, peşəkarlıq, fədakarlıq və bir komanda prinsipi. Bizim üçün uğur yalnız layihələrin uğurla başa çatdırılması deyil, həm də insanlara dəyər qatmaq və uzunmüddətli inkişafı təmin etməkdir.
Все вакансии Amina and S GroupПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.


