Младший специалист по охране труда и технике безопасности

в Yalama Agropark MMC

Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
17 июня 2026
Языки
Azerbaijani
Дедлайн
17 июля 2026

О роли

Təsvir

  • "Qəbələ Aqropark MMC" olaraq Ağsu təsərrüfatımızda əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması proseslərini yüksək standartlara uyğun idarə edəcək məsuliyyətli SƏTƏM üzrə Kiçik Mütəxəssis axtarırıq.
  • Bu vəzifə istehsalat və heyvandarlıq sahələrində təhlükəsiz iş mühitinin yaradılması, risklərin proaktiv şəkildə dəyərləndirilməsi, biotəhlükəsizlik qaydalarına riayət olunması və komandada güclü təhlükəsizlik mədəniyyətinin formalaşdırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Əsas Vəzifə Öhdəlikləri:

Nəzarət və Təhlükəsizlik İdarəetməsi:

  • İstehsalat və təsərrüfat ərazilərində SƏTƏM qaydalarına gündəlik nəzarətin həyata keçirilməsi, planlı və plandankənar inspeksiyaların aparılması.
  • İşçilərin Fərdi Mühafizə Vasitələrindən (FMV) təyinatı üzrə və düzgün istifadəsinə mütəmadi nəzarət edilməsi.
  • İş yerlərinin zəruri təhlükəsizlik vasitələri ilə təmin olunması, qadağanedici və xəbərdarlıq nişanlarının düzgün yerləşdirilməsi.

Risklərin Qiymətləndirilməsi və Təlimatlandırma:

  • İş yerlərində mövcud və potensial təhlükələrin müəyyən edilməsi, risklərin analizi və müvafiq qabaqlayıcı tədbirlərin icrası.
  • İş öncəsi (gündəlik) təlimatlandırmaların keçirilməsində iştirak və prosesə nəzarət.
  • Yeni işçilər, eləcə də əraziyə daxil olan qonaqlar və podratçılar üçün SƏTƏM üzrə ilkin təlimatlandırmaların təşkili və rəsmiləşdirilməsi.

Biotəhlükəsizlik və Yanğın Nəzarəti:

  • Xüsusilə heyvandarlıq sahəsində sanitariya-gigiyena və biotəhlükəsizlik qaydalarına ciddi riayət olunmasının təmin edilməsi.
  • Yanğın təhlükəsizliyi tələblərinə nəzarət, ilkin yanğınsöndürmə vasitələrinin (balonlar, hidrantlar və s.) saz və işlək vəziyyətdə olmasının mütəmadi yoxlanılması.

Sənədləşmə və İnsidentlərin Araşdırılması:

  • Baş verən hər hansı hadisə, qəza və ya insidentlərin araşdırılmasında birbaşa iştirak və ilkin hesabatların hazırlanması.
  • SƏTƏM üzrə bütün sənədləşmə dövriyyəsinin nizamlı şəkildə aparılması və rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.

Namizədə dair Tələblər:

Təhsil və Təcrübə:

  • Təhsil: Müvafiq sahə üzrə (SƏTƏM, Mühəndislik, Ekologiya və s.) ali təhsil.
  • Təcrübə: SƏTƏM sahəsində minimum 1 il iş təcrübəsi (İstehsalat və ya kənd təsərrüfatı sahəsində təcrübə arzuolunandır).

Bilik və Bacarıqlar:

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə yerli normativ aktlar və qanunvericilik barədə məlumatlılıq.
  • MS Office proqramlarında (Excel, Word, PowerPoint) işləmə bacarığı.

Şəxsi Keyfiyyətlər:

  • Yüksək məsuliyyət hissi, detallara qarşı diqqət və operativlik.
  • Güclü ünsiyyət qabiliyyəti və müxtəlif komandalarla (işçilər, rəhbərlik, podratçılar) effektiv işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • korporativ nömrə ilə təmin olunur
  • qidalanma
  • Servis ximdəti

О компании

Yalama Agropark MMC
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Heyvandarlıq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarından istifadə olunur. İki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihəyə 40 milyon manatadək investisiya qoyulması gözlənilir. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tədbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılmış, 1000 başlıq müasir heyvandarlıq kompleksinin və gücü saatda 5 ton olan yem zavodunun tikintisi yekunlaşmaq üzrədir, ikinci mərhələ üzrə isə 10 ha sahədə müasir istixana (şüşə örtüklü) kompleksinin, gündəlik emal gücü 50 ton olan süd zavodunun və 60 ha meyvə bağının salınması nəzərdə tutulur. Təsərrüfatın fasiləsiz su təminatı üçün 3.2 km uzunluğunda beton suvarma kanalı çəkilmiş, tutumu 50 min m3 olan beton su hovuzu tikilmiş, əraziyə 5 km məsafədən qaz xətti çəkilmiş, 4.9 km məsafədən elekrtrik xəttinin çəkilməsi həyata keçirilir. “Aqrolizinq” ASC vasitəsilə 16 adda 22 ədəd texnika və aqreqatlar alınmış, birinci və ikinci mərhələ üzrə Avstriyadan “Simmental” cinsindən olan 485 baş boğaz düyələrin təsərrüfata gətirilməsi təmin edilmişdir.

Все вакансии Yalama Agropark MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Младший специалист по охране труда и технике безопасности
Откликнуться