Инженер по охране труда и технике безопасности

в AzərPambıq ASK MMC

Локация
Tərtər
Опыт
1–2 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
1 июля 2026
Языки
Azerbaijani
Дедлайн
29 августа 2026

О роли

İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;
İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək;
Sahədə görülən işlərin xüsusiyyətlərini başa düşmək və müştəri, əsas podratçının daxili tələblərini bilmək;
İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq;
Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq, hadisəni törədən səbəbləri müəyyən etmək, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının həyata keçirilməsinə nəzarət etmək;
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi ölçülər götürmək;
İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi;
SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi;
Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
Yeni işə qəbul edilən əməkdaşlara və Mərkəz ərazisinə daxil olan qonaqlara Giriş təlimatının keçirilməsi;

Tələblər
Mühəndislik, ekologiya, əməyin mühafizəsi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində minimum 1–2 il iş təcrübəsi;
MS Office proqramları (xüsusilə Word və Excel) üzrə yüksək səviyyədə biliklər;
Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;

О компании

AzərPambıq ASK MMC
Tərtər

“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy, Ucar) və Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur. Bərdə rayonunda 2 min hektar ərazidə yeni təcrübə-sınaq təsərrüfatının yaradılması nəzərdə tutulub. Cəmiyyət 202 2 -ci il mövsümündə respublikanın 13 rayonunda 2 5 , 520 hektarda pambıq əkini aparmış və kondesiya çəkidə 78 673 tondan artıq xam pambıq tədarük edilmişdir .

Все вакансии AzərPambıq ASK MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Инженер по охране труда и технике безопасности
Откликнуться