AWSCI/CDArgoCD
Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
17 июля 2026
Дедлайн
17 августа 2026
Навыки и технологии
О роли
Vəzifə tələbləri
- Sahə üzrə (sistem inzibatçılığı və ya DevOps) minimum 2 il real iş təcrübəsi
- Linux əməliyyat sistemlərinə (CentOS, Debian, Ubuntu və digər distributivlər) inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər
- Windows Server mühitinin idarə olunması təcrübəsi — Active Directory, IIS, PowerShell və sistem inzibatçılığı
- Proxy və web server-lərlə iş təcrübəsi — Nginx, Apache və s.
- Load balancing həllərinin qurulması və idarə olunması üzrə təcrübə
- IaC alətləri ilə təcrübə — Terraform
- Bash Script ilə praktiki biliklər
- Version Control alətləri ilə təcrübə — Git
- GitLab və GitHub ilə iş təcrübəsi
- CD prosesləri ilə bağlı təcrübə
- Docker konteynerləri ilə bağlı bilik və təcrübə (Docker, Dockerfile, Docker Compose, Docker networking, image, image layer və s.)
- Continuous Monitoring üçün biliklər
- Logging texnologiyaları ilə bağlı biliklər
- Cloudflare ilə iş təcrübəsi
- SSL/TLS sertifikatları ilə bağlı biliklər — sertifikatların qurulması, yenilənməsi və idarə olunması (Let's Encrypt, Certbot və s.)
- SSH protokolu üzrə biliklər — açar əsaslı autentifikasiya, təhlükəsizlik konfiqurasiyaları və uzaqdan server idarəetməsi
- Xarici dil bilikləri üstünlükdür
Vəzifə öhdəlikləri
- Proqram təminatının test və deployment proseslərinin tam avtomatlaşdırılması
- Serverlərin, verilənlər bazalarının və şəbəkə konfiqurasiyalarının "Infrastructure as Code" (IaC) prinsipi ilə idarə olunması
- Web server və proxy infrastrukturunun (Nginx, Apache) qurulması, konfiqurasiyası və optimallaşdırılması
- Load balancing həllərinin layihələndirilməsi və qurulması, trafikin səmərəli paylanması, failover mexanizmləri və yüksək əlçatanlığın (High Availability) təmin edilməsi
- Konteynerləşdirilmiş sistemlərin idarə olunması, orkestrasiyası
- Sistemlərin fasiləsiz və sabit işləməsinin təmin edilməsi, resursların optimallaşdırılması
- Təhlükəsizlik boşluqlarının aşkarlanması və aradan qaldırılması
- Sistemlərdə baş verə biləcək problemlərin qabaqlayıcı monitorinqi və alert sistemlərinin qurulması
- İnsidentlərə operativ reaksiya vermək və kök səbəb analizi (root cause analysis) aparmaq
- İnfrastruktur, deployment və CI/CD proseslərini həyata keçirmək və idarə etmək
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
О компании
Baku Electronics
Baku
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
CI/CDAnsibleAlertmanager
Threat ModelingJavaScriptTypeScript
CI/CDAnsibleAlertmanager



