Локация
Azadlıq Prospekti 101E
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
6 июля 2026
Языки
Azerbaijani, English
Дедлайн
4 августа 2026

О роли

Medallion Architecture əsasında çoxqatlı məlumat axınları üçün strateji həllərin hazırlanması;
Məlumatların emalı və saxlanılması proseslərini dəstəkləyən irimiqyaslı data pipeline-ların hazırlanması və idarə edilməsi;
Data platformalarının performansını və etibarlılığını artırmaq məqsədilə optimallaşdırma tədbirlərinin həyata keçirilməsi;
Apache Iceberg və digər məlumat saxlama həlləri üzrə təhlükəsizlik və uyğunluq strategiyalarının tətbiqi;
Kubernetes əsaslı data platformalarının sabitliyinin və miqyaslana bilmə qabiliyyətinin təmin edilməsi;
Resursların idarə olunması strategiyalarının hazırlanması və platforma daxilində avtomatlaşdırılmış həllərin tətbiqi;
Layihələrin planlaşdırılması və prioritetlərin müəyyənləşdirilməsi istiqamətində komanda ilə sıx əməkdaşlıq edilməsi;
Junior və Middle Data Engineer-lərə texniki mentorluq göstərilməsi və peşəkar inkişaflarının dəstəklənməsi;
Mövcud texnologiya ekosisteminin qiymətləndirilməsi və yeni texnoloji həllərin platformaya inteqrasiyasının idarə edilməsi.

Üstünlüklərimiz:

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Komanda daxilində güclü bilik və təcrübə mübadiləsi;
Rahat və müasir iş mühiti;
Tibbi sığorta.
Tələblər
Kompüter elmləri, Məlumat mühəndisliyi (Data Engineering) və ya müvafiq sahə üzrə magistr və ya daha yüksək təhsil;
Data mühəndisliyi və ya data platformalarının dizaynı sahəsində minimum 5 il iş təcrübəsi;
Proqramlaşdırma dillərindən Python, SQL və ya Java üzrə ən azı birində dərin bilik;
Apache Airflow və dbt alətləri ilə işləmə təcrübəsi;
Məlumat axını texnologiyaları: Apache Kafka və Confluent üzrə bilik;
Məlumat emalı mühərriklərindən Apache Spark, Apache Flink və ya Apache Arrow üzrə ən azı birində dərin bilik;
Məlumat saxlama sistemləri: Apache Iceberg, Delta Lake və MinIO (S3) ilə işləmə təcrübəsi;
Kubernetes mühitində irimiqyaslı platformaların idarə olunması təcrübəsi;
Liderlik və qərarvermə bacarıqları;
Strateji düşüncə və innovativ yanaşma;
Effektiv ünsiyyət və təqdimat bacarıqları.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Главный инженер по данным
Откликнуться