Навыки и технологии
О роли
İş şəraiti
- İnformasiya Texnologiyaları departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (Bakalavr);
- Minimum 2-4 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri;
- Proqramlaşdırma sahəsində biliklər (PL/SQL);
- Bank Əməliyyat Sistemləri sahəsində biliklərin olması;
- ERP, HRM, BPM sahəsində biliklərin olması.
İşin təsviri:
- Bank proqramlarına (BƏS, ERP, HRM və s.) fasiləsiz, problemsiz işləməsi üçün onlara cari xidmət göstərmək;
- Bankın mövcud və yeni layihələrində (məhsul və s.) iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsində iştirak etmək;
- Bankın Mobile Bankçılıq və İnternet Bankçılıq texniki dəstəyinə xidmət göstərmək;
- MKR və AKB portallara hesabatların yüklənməsi icra etmək və hesabatların vaxtında təqdim edilməsinə və düzgünlüyünə görə məsuliyyət daşımaq;
- Bank proqramlarına yeni istifadəçilərin daxil edilməsinə nəzarət etmək və onların səlahiyyətlərini müəyyən etmək;
- Yeni tətbiqi proqramlar və modulların analizində iştirak etmək;
- Proqram təminatı və məlumat bazalarının əlaqəli İT, İT təhlükəsizliyinin və parol siyasətinin yerinə yetirilməsi;
- Müvafiq sahələrlə birlikdə hər bir bank məhsulu üzrə bank proqramlarından istifadə prosseslərində və test olunmasında iştirak etmək;
- Daxili prosedurlara uyğun bank proqramına yeni funksiyaların əlavə edilməsində və yeni modulların yaradılmasında iştirak etmək;
- Proqram təminatı ilə əlaqəli biznes sahələrə (Baş ofis, Struktur, Filiallar və s.) texniki dəstək göstərmək;
- Bank əməliyyat gününün bağlanışını icra etmək.
О компании
2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Bank Qanunun 19 maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur. Bankın təsisçilərinin Bankı yaratmaqda məqsədləri Azərbaycan Respublikasında orta təbəqə əhaliyə və korporativ müştərilərə tam yeni keyfiyyətdə bank xidmətləri göstərən, xidmətlərinin çeşidinə görə seçilən, müştəriləri ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri quran, onların məsləhətçisi olan, rəqabət qabiliyyətli şərt və qiymətlərlə müştərilərin aktiv-passiv məhsullara olan tələbatını ödəyən bir universal bank yaratmaqdan ibarətdir.
Все вакансии AFB BankПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



