Навыки и технологии
О роли
“Nur Collection” MMC “Assistant” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 - 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)
Əsas Vəzifələr:
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icrasını təmin etmək və icra vəziyyətinə nəzarət etmək;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq
- Telefon zənglərini qəbul etmək, elektron poçt yazışmalarını idarə etmək və aidiyyəti üzrə yönləndirmək;
- Görüşlərin, iclasların və işgüzar tədbirlərin təşkilinə dəstək göstərmək, görüş qrafikini koordinasiya etmək;
- Şirkətin struktur bölmələri arasında operativ informasiya mübadiləsini və koordinasiyanı təmin etmək;
- Gündəlik ofis işlərinin təşkili, inzibati proseslərin icrasına dəstək göstərmək;
- Tapşırıqların icra vəziyyəti barədə rəhbərliyi mütəmadi məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqları operativ və keyfiyyətli şəkildə yerinə yetirmək.
Namizədə tələblər:
- Bəy namizəd
- Ali təhsil
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
- MS Office proqramlarını bilmək
- İşgüzar ünsiyyət və təşkilatçılıq qabiliyyəti
- Diqqətlilik və məsuliyyət
- Komanda ilə işləmə bacarığı
- İş təcrübəsi arzuolunandır
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Assistant” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
О компании
2014-cü ildən pərakəndə geyim mağazaları şəbəkəsi kimi fəaliyyət göstərən, 2021-ci ildən etibarən "Nur Collection" MMC öz yerli geyim brendini yaradaraq qadın, uşaq, kişi geyimləri istehsal etməyə başlamışdır. Əsas hədəfimiz, Arbaycanda ilk olaraq, massmarket seqmentində, ailəvi konseptə uyğun olaraq, Markanın yaradılmasıdır. "Gözəl həyat, gözəl geyimlə başlayır", bu sloqan əsasında, modada yeniliklərə imza ataraq, yolumuzu başlamışıq! Global moda tendensiyalarına əsaslanaraq, mentalitetimizə və təlabata uyğun olan modelləri, kolleksiya şəklində sizlərə təqdim edirik. İş prosesində, ən birinci növbədə, Keyfiyyətə üstünlük veririk. Modanın tələblərinə cavab verən və müştərilərimizin gözləntilərini qarşılayan məhsullar təqdim etmək üçün ən yüksək standartlara riayyət edirik. Dizayn və istehsal proseslərində ən son texnologiyaları və müasir avadanlıqları istifadə edirik. Şirkətimiz, müasir modanın tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəsislərdən ibarət bir heyətlə çalışır. Bizim professional heyətimiz, dizayn prosesində istehsala qədər hər mərhələdə öz peşəkar bacarıqlarını və geniş təcrübələrini ortaya qoyur. Hal-hazırda “BREND HOUSE” Azərbaycanda ən böyük geyim mağaza şəbəkəsidir.
Все вакансии Nur CollectionПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.


