Direktor köməkçisi (Personal Assistant)

в Facemark.az

Локация
Азербайджан
Занятость
Полная занятость
Зарплата
500–500 ₼
Опубликовано
21 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
21 августа 2026

О роли

Vəzifə öhdəlikləri:

  • İşgüzar yazışmaların və danışıqların, görüşlərin təşkili və işin təqib edilməsi
  • Şirkətin direktorunun keçirdiyi danışıqların, görüşlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iştirakçılara görüşün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək
  • Direktora lazım olan məlumatları şirkətin quruluş bölmələrindən, onun göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək, işi son tamamlanmaya qədər təqib etmək
  • İclasların və görüşlərin təşkili və əlaqəli materialların hazırlanması, qaydalara əməl olunmasına nəzarət
  • Direktorun tapşırıqlarının icrasına nəzarət edilməsi
  • Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması
  • Direktorun gündəlik iş günü planın təmin edilməsi
  • Təqdimatların təşkili və xərclər barədə hesabatların təşkili
  • Şəxsi sifarişlərin icrasına nəzarət etmək
  • Müvafiq tapşırıqlara əsasən təqdimatların hazırlanması, hesabatlar və təhlillərin aparılması
  • Tapşırıqlar gündəliyinin tutulması və təqibi

Tələblər:

  • Biznes, biznes idarəçiliyi, menecment istiqamətli ali təhsil
  • Analitik təfəkkür, biznes proseslərdən məlumatlı olma
  • Yüksək səviyyədə təqdimat bacarığı
  • İşin gedişatına uyğun dəyişkən iş qrafikinə uyğunlaşma, yazışmalarda operativ geri-dönüş
  • Dil biliyi: Azərbaycan dili səlis, Rus və ingilis dili danışıq səviyyədə
  • MS Office proqramları (word, excel power-point yüksək səviyyədə)
  • Təqdimatların hazırlanması, task management proqramları ilə tanışlıq
  • Xoş və səliqəli zahiri görünüş
  • Səfərlərdə müşayiət etmə lazım gələ bilər
  • Yüksək icraçılıq bacarığı
  • Komandada işləmək bacarığı, effektiv ünsiyyət qurma bacarığı
  • Biznes etikası və korporativ etiket qaydalarından xəbərdar olma

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi, 09:00-dan 18:00-dək
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03.08.2026-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.
  • Əmək haqqı: 500 Azn + bonus

P.S. Karyera inkişafı namizədin təşəbbüskarlığından asılı olaraq qısa müddətdə mümkündür.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Direktor köməkçisi (Personal Assistant)” göstərməyiniz və Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

О компании

Facemark.az
Peşəkar, elmi və texniki fəaliyyətlər, Biznesə dəstək xidmətləri

Facemark şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas istiqaməti biznes tədbirlərin təşkilatçılığı, tədbirlərin A-dan Z-yə planlanması və idarə edilməsidir. İl ərzində 12 fərqli biznes sahəsində ümumi illik 20-dək yerli və beynəlxalq tədbirlərin həm təsisiçisi, həm də təşkilatçısıdır. İndiyədək şirkətin keçirdiyi 55-dən çox tədbirlərdə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərdə çalışan 10000-dən çox mütəxəssis iştirak etmişdir. Şirkət tədbir təşkilatçılığı sahəsində Azərbaycanda öncüllərdən biridir.

Все вакансии Facemark.az

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
500–500 ₼
Direktor köməkçisi (Personal Assistant)
Откликнуться