Workplace SafetySafety TrainingRisk Assessment
Локация
Азербайджан
Опыт
3–5 лет
Занятость
Полная занятость
Зарплата
2 000–2 500 ₼
Опубликовано
19 июня 2026
Языки
Azerbaijani, English
Дедлайн
19 июля 2026
Навыки и технологии
О роли
Əmək haqqı: 2000-2500 AZN
Əsas Vəzifə Öhdəlikləri:
- İş sahələrində SƏTƏMM qaydalarına riayət olunmasına nəzarət etmək, gündəlik və həftəlik yoxlamalar (inspeksiyalar) aparmaq, aşkar edilmiş uyğunsuzluqları sənədləşdirmək və aradan qaldırılması üzrə tədbirlər görmək;
- İşə başlamazdan əvvəl risk qiymətləndirmələrinin hazırlanmasını təmin etmək və risklərin minimuma endirilməsi üçün preventiv tədbirlər həyata keçirmək;
- Yeni və mövcud əməkdaşlar üçün SƏTƏMM üzrə induksiya və dövri təlimlər təşkil etmək, işönü təlimatlandırma prosesinə nəzarət etmək;
- Bədbəxt hadisələri, insidentləri araşdırmaq, kök səbəbləri təhlil edərək müvafiq hesabatlar hazırlamaq və təkrarlanmanın qarşısının alınması üçün tədbirlər planı hazırlamaq;
- Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, həmçinin ISO 45001 və ISO 14001 beynəlxalq standartlarının tələblərinə uyğunluğunu təmin etmək, SƏTƏMM üzrə sənədlərin, jurnalların, təlimatların və planların düzgün aparılmasına nəzarət etmək;
- İşçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə vaxtında və düzgün təmin olunmasına, eləcə də həmin vasitələrin düzgün istifadəsinə nəzarət etmək.
Namizədə Tələblər:
- Ali təhsil (texniki və mühəndislik sahəsi üzrə təhsil üstünlükdür);
- SƏTƏMM sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Qüvvədə olan sertifikatların olması (NEBOSH IGC və ya IOSH sertifikatları üstünlük hesab olunur);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əməyin mühafizəsi ilə bağlı müddəalarını, texniki təhlükəsizlik normativlərini və ISO 45001 / ISO 14001 standartlarının tələblərini yaxşı bilmək;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, ingilis dili biliyinin olması üstünlükdür;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
- Güclü kommunikasiya və liderlik bacarıqları, məsuliyyətlilik, prinsipiallıq, komandanı idarəetmə, çevik qərarvermə, analitik düşüncə və problem həll etmə bacarıqları.
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
ISO 45001Safety TrainingDocumentation
Audit and InspectionAnalytical ThinkingContractor Management
ISO 45001Health and Safety ManagementEnvironmental Compliance

