Специалист по охране труда и технике безопасности (HSE)

в İteam Group

Локация
Азербайджан
Опыт
2–3 лет
Занятость
Полная занятость
Зарплата
1 500–2 500 ₼
Опубликовано
7 июля 2026
Языки
Azerbaijani
Дедлайн
7 августа 2026

О роли

İş yeri - Bakı (obyektlərə ezamiyyətlərlə)

Nəzərdə tutulan əmək haqqı - 1500 – 2500 AZN aralığında

Vəzifənin məqsədi

  • Quraşdırma sahələrində (obyektlərdə), anbar və istehsalat proseslərində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi (SƏTƏM/HSE) standartlarının tətbiqini təmin etmək, işçi heyəti üçün təhlükəsiz iş mühiti yaratmaq və şirkəti əməliyyat risklərindən qorumaq.

Əsas vəzifə və öhdəliklər

  • Quraşdırma obyektlərində (təhlükəsizlik sistemləri, şlaqbaum, WIM stansiyaları) SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etmək
  • İşə başlamadan əvvəl risklərin qiymətləndirilməsi (Risk Assessment) və təhlükəsiz iş metodları (Method Statement) sənədlərini hazırlamaq
  • Hündürlükdə iş, elektrik təhlükəsizliyi, yolüstü/tranzit zonalarda iş kimi yüksək risk daşıyan fəaliyyətlər üçün xüsusi təlimatlar tərtib etmək
  • İş yerlərində müntəzəm təhlükəsizlik yoxlamaları (audit) və qeyri-uyğunluqların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək
  • İş yerində baş verən hadisə, qəza və insidentlərin araşdırılması, hesabatlılığı və kök səbəb analizini aparmaq
  • Yeni işçilər və subpodratçılar üçün SƏTƏM təlimlərinin (induction) təşkili və keçirilməsi
  • Fərdi mühafizə vasitələrinin (FMV/PPE) təminatına və düzgün istifadəsinə nəzarət
  • Ətraf mühitin mühafizəsi tələblərinə (tullantıların idarə edilməsi, təbii resurslardan səmərəli istifadə) uyğunluğu təmin etmək
  • Dövlət qurumları (Əmək Müfəttişliyi və s.) ilə əlaqələrin qurulması və qanunvericiliyə uyğunluğun izlənməsi
  • Aylıq/rüblük SƏTƏM hesabatlarının rəhbərliyə təqdim edilməsi

Tələblər

  • Ali təhsil — Əməyin mühafizəsi, Ekologiya, Mühəndislik və ya oxşar sahə üzrə
  • SƏTƏM/HSE sahəsində minimum 2-3 il iş təcrübəsi (tikinti, quraşdırma və ya sənaye sahəsində arzuolunandır)
  • İSO 45001 (Əməyin Təhlükəsizliyi) və İSO 14001 (Ətraf Mühit) standartları barədə biliklər
  • Azərbaycan Respublikasının əmək mühafizəsi qanunvericiliyinə dərin bələdlik
  • Risklərin qiymətləndirilməsi metodologiyaları (HAZOP, JSA və s.) üzrə praktiki bacarıq
  • MS Office proqramları üzrə sərbəst işləmə bacarığı
  • Yüksək məsuliyyət hissi, təfərrüata diqqət və qərar qəbul etmə bacarığı
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) — üstünlükdür, obyektlərə ezamiyyət tələb olunur

Şirkətimiz nə təklif edir

  • Rəqabətədavamlı əmək haqqı (müsahibə zamanı müzakirə olunur)
  • Rəsmi məşğulluq və sosial təminat
  • Müasir texnologiyalar əsasında aparılan iri infrastruktur layihələrində iştirak
  • Sabit və peşəkar korporativ mühit
  • [email protected]
  • [email protected]

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 500–2 500 ₼
Специалист по охране труда и технике безопасности (HSE)
Откликнуться