Навыки и технологии
О роли
Komandamızın bu missiyanı sağlam, təhlükəsiz və normativ tələblərə uyğun iş mühitində həyata keçirməsini təmin etmək məqsədilə SƏTƏM üzrə mütəxəssis axtarırıq.
Tələblər
Əsas funksiyalar:
• Mərkəzin SƏTƏM siyasəti və illik fəaliyyət planını hazırlamaq, icraya nəzarət etmək;
• İş yerlərini müntəzəm yoxlamaq, riskləri müəyyən etmək və azaltma tədbirləri həyata keçirmək;
• Əməkdaşlar üçün SƏTƏM təlimləri, yanğın məşqləri və maarifləndirici tədbirlər keçirmək;
• ş yerindəki bədbəxt hadisələri və xəsarətləri araşdırmaq, kök səbəbi müəyyən etmək, rəhbərliyə hesabat vermək;
• SƏTƏM sənədlərini (prosedurlar, risk qeydiyyatı, planlar, hesabatlar) hazırlamaq;
• Dövlət qurumları (Dövlət Əmək Müfəttişliyi Xidməti, FHN) ilə əlaqəni idarə etmək;
• Tullantı idarəetməsi, enerji qənaəti və ətraf mühit tələblərinə uyğunluğu izləmək.
Namizədə olan tələblər:
Təhsil
• Ali təhsil - texniki, ekoloji mühəndislik və ya oxşar sahə;
• Magistr dərəcəsi üstünlükdür;
İş təcrübəsi
• SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
Texniki biliklər
• Azərbaycan Respublikasının əmək qanunvericiliyini, Əmək Məcəlləsini və SƏTƏM-ə aid normativ aktları bilmək;
• Risk qiymətləndirilməsi aparmaq bacarığı;
• SƏTƏM sənədlərini müstəqil hazırlamaq bacarğı;
Dil bilikləri
• Azərbaycan dili - mükəmməl;
• Rus dili - yaxşı səviyyə;
• İngilis dili - yaxşı səviyyə.
Şəxsi keyfiyyətlər
• Detallara diqqət və sistemli düşünmə qabiliyyəti;
• Güclü yazılı və şifahi kommunikasiya;
• Fövqəladə hallarda sakit, operativ qərar qəbul etmə;
• Komanda ilə əməkdaşlıq.
О компании
<p>Nəqliyyat və Kommunikasiya Holdinq (AZCON Holding) şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (NAIC) ölkəmizdə süni intellekt sahəsində tədqiqat və inkişafı təşviq edir. Mərkəzimiz süni intellekt texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir. </p><p><br></p><p>Azərbaycanın süni intellekt transformasiyasını sürətləndirmək üçün məqsədimiz istedadlı mütəxəssislər yetişdirmək, qabaqcıl tədqiqatlar aparmaq və iqtisadi rifahı, ictimai irəliləyişi təşviq edən innovativ həllər qurmaqdır. Eyni zamanda ölkəmizin qlobal süni intellekt ekosistemində Şərqlə Qərb arasında etibarlı körpü kimi mövqeyini möhkəmləndirmək əsas məqsədlərimizdəndir.</p>
Все вакансии National Artificial Intelligence CenterПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

